Milli Məclisdə Qarabağ Regional Mədəniyyət Mərkəzinin yaradılması təklif edilib
"Mədəniyyət Nazirliyinin başı ayrı işlərə qarışıb. Möhtərəm Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Ancaq Şuşanın Mədəniyyət Mərkəzi yoxdur".
Sonxeber.az-ın xəbərinə görə, bunu deputat Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Sumqayıtdan nə bir muğam oxuyan, nə də tarzən çıxıb: "Şuşa Mədəniyyət Mərkəzi Sumqayıtdan ayrılmalıdır. Bu nə deməkdir? Yeni mədəniyyət naziri var. Baxsın, görüsün. Bu gün Şuşa yenidən tikilir. Cammat da yenidən evlərinə qayıdacaq. Belə çıxır ki, onlar yenidən Sumqayıta qayıdacaqlar? Mədəniyyət Nazirliyi Şuşa Mədəniyyət Mərkəzinin fəaliyyətini bərpa etsin".
Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, Şuşa işğaldan azad edilib və bütün qurumlar da yerinə qaytarılacaq.
Deputat Elman Məmmədov da təklif edib ki, Qarabağ Mədəniyyət Mərkəzi yaradılsın: "Həmin mərkəz isə Şiuşada yerləşdirilsin".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 786 Tarix: 11 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021