Fulya Öztürkə həsr olunmuş filmin Türkiyədə premyerası oldu
Azərbaycan və Türkiyənin müştərək istehsalı olan "Fulya" sənədli filminin oktyabr ayının 5-də İstanbulda, 9-da isə Ankara şəhərində premyerası keçirilib.
Bu barədə "Qafqazinfo"ya "Azərbaycanfilm" kinostudiyasının İctimaiyyətlə əlaqələr və reklam şöbəsinin müdiri Lətif Lətifsoy məlumat verib.
Premyerada filmin qəhrəmanı Fulya Öztürk, ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Azərbaycan Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev, filmin prodüserləri - "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov, "Dada Yapım" şirkətinin rəhbəri Özcan Dada, filmin yaradıcı heyəti, Ankarada yaşayan diaspora nümayəndələrimiz və digər qonaqlar iştirak ediblər.
Film 44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın yaşadıqlarından bəhs edir.
Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur. Filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər, Ağdam, Şuşa və Bakı ərazisində aparılıb.
"Fulya" filmi oktyabr ayının 8-dən etibarən Türkiyənin, oktyabrın ortasından etibarən isə Azərbaycanın kinoteatrlarında nümayiş olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 974 Tarix: 11 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021