COVID-19 pasportu olmayan hamilə qadınlar universitetə buraxılmır? - RƏSMİ
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı, tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov bu gün keçirilən Milli Məclisin plenar iclasında bildirib ki, bir hamilə tələbə ondan pasport tələb olunduğu üçün təhsilindən imtina edib. O, eyni zamanda, qeyd edib ki, universitetlər bu cür məsələlərdə diqqətli və anlayışlı olmalıdır.
Bəs hamilə qadınlar vaksin vurdurmurlarsa, pasportları da yoxdursa, əks göstəriş sertifikatı ilə niyə universitetlərə buraxılmırlar?
Məsələ ilə bağlı Sonxeber.az universitetlərin mətbuat katibləri arasında sorğu keçirdib.
Onların verdiyi cavabları sizə təqdim edirik:
Bakı Dövlət Universitetinin mətbuat katibi Günel İsgəndər: "Bizdə hamilə tələbələrlə bağlı belə bir problem yaşanmayıb".
Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova: "Universitetimizdə belə bir hal yaşanmayıb. Hamilə qadınlar əks göstəriş sertifikatları ilə universitetə daxil ola bilərlər. Sertifikat ala bilməyənlərə isə möhlət hüququ verilir".
Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli: "Hamilə qadınlar bununla bağlı universitetə TƏBİB-in arayışını təqdim edirlər və bu zaman heç bir problem yaşanmır".
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva: "Bizim universitetdə belə bir hal yaşanmayıb. Mühafizə xidmətinə xüsusi olaraq tapşırılıb ki, hamilə, südverən qadınlardan pasport yox, əks göstəriş sertifikatları tələb olunsun və onlara güzəştlər edilsin. Eyni zamanda, yaşı 18-dən aşağı olan tələbələrdən də pasport tələb olunmur".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov: "Universitetdə hamilə qadınlarla bağlı belə problem yaşanmayıb. Hamilə qadınlar əks göstəriş sertifikatlarını təqdim edərək dəsrlərə gəlirlər".
Aytəkin CƏLALİ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi