"WhatsApp"da status yazıb intihar edən tələbə ilə bağlı TƏFƏRRÜATLAR - VİDEO
Sabirabad rayonunda tələbə intihar edib. Gənc oğlan yaşadığı evin yardımçı tikilisində özünü asıb. Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olan gənc "WhatsApp" paylaşımında intihar edəcəyi ilə bağlı məlumat da veribmiş.
Sonxeber.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, 17 yaşlı tələbə intihar etməzdən bir neçə dəqiqə öncə "WhatsApp" vasitəsilə status yazaraq paylaşım edib.
Müəmmalı hadisə ötən gün axşam saat 23:00 radələrində Sabirabadın Bulaqlı kəndində baş verib. Kənd sakini Elmir Mirzəzadə özünü asaraq öldürüb.
Elmirin yaxınları və dostları onun hansı səbəbdən intihar etdiyini bilmirlər. Təbiətcə sakit və mülayim olan Elvin 4 bacının tək qardaşı və ailənin sonbeşiyi olub. Atası deyir ki, Elmir sonuncu dəfə axşam yemək yedikdən sonra anasından hamamda suyu qızdırmasını istəyib və başını yuyacağını deyib. Elə ailəsi ilə sonuncu görüşü də bu olub.
Gənc öldükdən sonra onun "WhatsApp" statusunda özünü öldürəcəyi barəsində paylaşım etdiyi məlum olub.
Qeyd edək ki, Elmir Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olub.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6251 Tarix: 12 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021