"Dövlət Dəniz və Liman Agentliyi öz fəaliyyəti ilə ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək" - Deputat
Xəbər verdiyimiz kimi, Dövlət Dəniz Agentliyinin əsasında yeni qurum yaradılaraq səlahiyyətləri artırılıb. Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Dəniz Agentliyinin, eləcə də həmin Agentliyin tabeliyindəki qurumların əsasında vahid qurum olaraq Dövlət Dəniz və Liman Agentliyi publik hüquqi şəxsi yaradılıb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Jalə Əhmədova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı oktyabrın 11-də Fərman imzalayıb:
"Cənab Prezidentin imzaladığı bu fərman, digərləri kimi, xüsusi əhəmiyyətə malikdir. Fərmana əsasən, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Dövlət Dəniz və Liman Agentliyi publik hüquqi şəxsi yaradılıb ki, bu da ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyır.
Cənab Prezidentin imzaladığı fərmanla Agentliyin fəaliyyət istiqamətləri genişləndirilərək səlahiyyətləri daha da artırılıb. Dəniz nəqliyyatı sahəsində tənzimləməni və nəzarəti həyata keçirən Agentlik eyni zamanda gəmilərin təhlükəsiz hərəkətinin idarə edilməsi, gəmi və limanlar tərəfindən ərazi sularında üzmə qaydalarının tələblərinə riayət olunması üçün tədbirlər görəcək.
Hesab edirəm ki, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dəniz ətraf mühitinin mühafizəsi, dənizçilərin hazırlanması və digər sahələrin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə yaradılan Dövlət Dəniz və Liman Agentliyi öz fəaliyyəti ilə ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi