"Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə maarifləndirici nəşrlərin hazırlanması" layihəsinin icrasına başlanılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında "Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə maarifləndirici nəşrlərin hazırlanması" layihəsinin icrasına başlanılıb. Layihə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.
İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi cəmiyyətin diqqətinin əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, sosial problemlərinin həllinə, onların fiziki, əqli və intellektual potensiallarının üzə çıxarılmasına nail olmaq, məlumat və maarifləndirici xarakterli nəşrlərin hazırlanaraq əhali arasında geniş yayılmasını təşkil etməkdir.
Qeyd olunan məqsədlə əlilliyi olan şəxslərlə bağlı geniş təbliğat-təşviqat kampaniyası həyata keçiriləcək. Belə ki, əlilliyi olan şəxslərin hüquqları təşviq olunacaq, bununla bağlı informasiya mühiti inkişaf etdiriləcək. Layihə çərçivəsində əlilliyi olan şəxslərin hüquqları haqqında 3 mövzuda hər biri 1500 nüsxə olmaqla bukletlərin nəşri, əlilliyi olan şəxslərin hüquqlarının təşviqi məqsədilə 4 maarifləndirici videoçarxın hazırlanması da nəzərdə tutulub. Həmçinin əlilliyi olan istedadlı şəxslərin potensiallarının üzə çıxarılması və təbliğ olunması məqsədilə 2 videoreportaj və 3 məqalə hazırlanaraq ölkə mətbuatında yayımlanacaq.
Layihə çərçivəsində jurnalistlər və Jurnalistika fakültəsinin tələbələri üçün "Əlilliyin düzgün dərk edilməsi" mövzusunda treninqlər də keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1024 Tarix: 12 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri
12 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrSabah 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti
12 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabr