"Media etikası - jurnalist peşəkarlığının əsas prinsipidir" mövzusunda onlayn konfrans keçirilib
12 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində "Media etikası - jurnalist peşəkarlığının əsas prinsipidir" mövzusunda Zoom platforması üzərindən onlayn konfrans keçirilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov konfransın Azərbaycanın bütün media subyektlərini əhatə etdiyini, o cümlədən region mediasının da prosesə cəlb olunduğunu bildirib. O qeyd edib ki, doğru, obyektiv informasiyanın yayılması ilə bağlı monitorinqlər medianın bu istiqamətdə bir çox irəliləyişlər əldə etdiyini göstərir. Əhməd İsmayılov vurğulayıb ki, düzgün informasiya vermək jurnalistin özünün və çalışdığı medianın nüfuzunu qaldırır və daha etibarlı sayılır. Bu isə onun gələcəkdə biznes inkişafı baxımdan da kömək ola bilər.
Konfransda çıxış edən Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov diqqətə çatdırıb ki, media etikası - jurnalist peşəkarlığının əsas prinsipi olmalıdır, jurnalist peşəsinə sadiq olmalı, təqdim etdiyi faktlar təhrif edilməməlidir.
Sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu "Beynəlxalq jurnalistikada peşə etikası" mövzusunda təqdimatla çıxış edib.
MTRŞ-nin Aparat rəhbəri Fazil Novruzov jurnalistlərin qarşılıqlı etik davranış qaydalarına riayət etməsinin vacibliyini vurğulayıb. MEDİA Agentliyinin media savadlılığı sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub.
"Kür" qəzetinin baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı media etikasının- milli mənəvi dəyərlərin tərkib hissəsi olduğunu deyib.
MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədli bildirib ki, cəmiyyət qarşısında məsuliyyət daşıyan jurnalist işinə hörmətlə yanaşmalı, təmsil etdiyi orqanı təhlükə qarşısında qoymamalı, etik normaları gözləməlidir.
Onlayn konfrans geniş müzakirələrlə davam edib, bir sıra təkliflər dinlənilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi