Yeni doğulmuş uşaqlarda yoluxma riski yüksəkdir – Həkim
10 yaşdan 14 yaşa qədər olan uşaqların koronavirusa yoluxma ehtimalı aşağıdır. 1 yaşa qədər yeni doğulmuş uşaqlar arasında yoluxma riski isə daha yüksəkdir.
Sonxeber.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərova deyib.
"Bu onların immun sisteminin hələ zəif olması və tənəffüs yollarının kiçik ölçüləri ilə izah edilir. Nəticədə respirator virus infeksiyası zamanı tənəffüs problemləri daha qabarıq olur. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tövsiyəsinə görə, nəfəs almalarına yardım göstərilməsi məqsədilə uşaqlar da xəstəxanaya yerləşdirilməli, reanimasiyada müalicə olunmalıdır. Lazım gələrsə, ağciyərlərin süni ventilyasiyası tətbiq edilməlidir. Uşaqlarda respirator simptomlar olmadıqda virus mədə-bağırsaq simptomları şəklində özünü göstərə bilər. Yoluxma zamanı uşaqlarda daha çox ishal və ürəkbulanma halı qeydə alınır. Uşaqlar və yeniyetmələrdə xolestaz, pankreatit və hepatit halları da müşahidə edilir. Uşaqların əksəriyyəti yoluxmadan sonra 4 həftə ərzində sağalırlar. Davamlı simptomlar arasında baş ağrıları, yuxunun pozulması, əzələ və oynaqlarda ağrılar, ürək döyüntüsünün sürətlənməsi, iybilmə və dadbilmənin pozulması hallarını göstərmək olar. COVID-19 üzrə testlərin meyarları çoğrafi şəraitdən asılı olaraq dəyişir".
K.Cəfərova virusun yayılmasına qarşı tədbirlərdən də danışıb:
"Uşaqların virusdan qorunması həm ailələr, həm tədris-tərbiyə müəssisələri, həm də təlim-əyləncə mərkəzləri tərəfindən ümdə məsələ kimi qəbul olunmalıdır. Bütün qaydalara bu müəssisələrdə birmənalı və ən yüksək səviyyədə əməl edilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1230 Tarix: 13 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hədsiz artıq çəkinin yaranmasının səbəbi nələrdir? - AÇIQLAMA
Son illər artıq çəki problemi yalnız qidalanma vərdişləri ilə deyil, həyat tərzi, stress, yuxu rejimi və müxtəlif sağlamlıq faktorları ilə də əlaqələndirilir. Bəzən insan az yediyini düşünsə də, çəkisi artmaqda davam edir. Bu isə artıq çəkinin arxasında başqa səbəblərin olub-olmaması sualını gündəm
8 sentyabrQızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? (VİDEO)
Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır. Qaynarinfo xəbər verir ki, ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən "altıncı aəstəlik" adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdə
10 sentyabrÖvladına vitamin verən valideynlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
Uşaqlara vitamin və qida əlavələrinin bir neçə növünü eyni vaxtda vermək onların tərkibində eyni vitamin və mineralların təkrar olmasına və nəticədə gündəlik qəbulun normadan artıqlaşmasına səbəb ola bilər. Xüsusilə A vitamini və dəmir kimi maddələrin yüksək dozada qəbulu sağlamlıq üçün ciddi risklə
9 sentyabrDişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is
6 sentyabrSiqaret qadınlarda sonsuzluq riskini 40 faiz artırır
Siqaret çəkən qadınlarda sonsuzluq riski siqaret çəkməyənlərlə müqayisədə 40 faiz daha yüksəkdir. Siqaret kişilərdə spermanın keyfiyyətini də pisləşdirir və sonsuzluq müalicəsinin uğurlu nəticələnməsi ehtimalını azaldır. xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elm
11 sentyabrBu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14 sentyabrSəhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Yumurta ən sadə və əlçatan protein mənbələrindən biri hesab olunur. Buna görə də ondan tez-tez səhər yeməyində istifadə edilir, arıqlama zamanı qida rasionuna əlavə olunur və məşqdən sonra yeyilir. Lakin yumurtanın qəbul vaxtı əldə etmək istədiyiniz nəticədən asılı olaraq müəyyən əhəmiyyət daşıya bilər
11 sentyabr