"Sülhməramlılar təxribatı törədənləri Azərbaycana verməlidirlər, əks təqdirdə..."

"Sülhməramlılar təxribatı törədənləri Azərbaycana verməlidirlər, əks təqdirdə..."Qanunsuz erməni dəstələrinin törətdiyi təxribat nəticəsində əsgər Həmzəyev Əfqan Bəhram oğlunun şəhid olması xəbəri hər birimizi üzdü. Baş verən təxribatdan belə bir nəticəyə gəlmək olar ki, hələ də Ermənistanda revanşist fikirlərlə yaşayan, təxribat törətməyə meyilli olan, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasını istəməyən və münaqişənin alovlanmasına çalışan qüvvələr var.

Bu sözləri Sonxeber.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirib.

O, təxribatı törədənlərin Azərbaycana təhvil verilməli olduğunu vurğulayıb:
"Bu qüvvələr də hazırkı Ermənistan hakimiyyətinə tabe olmaq istəmirlər. Bəzi qruplar erməni havadarlarının dəstəyi ilə belə təxribatlara meyillənirlər və göründüyü kimi, bəzən təxribatları baş tutur.

Biz anlamalıylq ki, Azərbaycan Respublikasının Xarici İşlər Naziri və Ermənistan Xarici İşlər Nazirinin Rusiya vasitəçiliyi ilə görüşü ərəfəsində belə bir təxribatın törədilməsinin birbaşa hədəfi və məqsədi münasibətlərin yaxşılaşmasına zərər vurmaq, əldə ediləcək sülh danışıqlarını pozmaq və münaqişəni alovlandırmaqdır.

Biz rus sülhməramlılarından bu təxribatı törədən şəxslərin tapılmasını və Azərbaycana təhvil verilməsini tələb etməliyik. Əks təqdirdə, Azərbaycan tərəfi bu təxribatçıların tapılması və cəzalandırılmasını özü həyata keçirəcək.
Həmçinin bu və buna bənzər təxribatların bir daha təkrarlanmaması üçün qanunsuz erməni silahlı dəstələri zərərsizləşdirilməli və onların fəaliyyətinin qarşısı alınmalıdır".

Aytəkin CƏLALİ


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 5184   Tarix: 15 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermi

10 noyabr
.

"Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. AA-ya istinadla xəbər verir ki, Ərdoğan Türkiyə ilə Azərbaycanın sevincdə və kədərdə bir olan, bütün çətinliklərə birlikdə sinə gərən iki qardaş dövlət olduğun

9 noyabr
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

10 noyabr
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11 noyabr
.

Azərbaycan Konstitusiyası əbədi dövlətçilik yolumuzun hüquqi təməlidir

"1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, müstəqilliyimizin hüquqi təminatı və gələcək inkişafımızın möhkəm təməlidir. Bu ali hüquqi sənəd Azərbaycan xalqının inkişafı naminə müasir

11 noyabr
.

Xankəndidə qələbə təntənəsinin nümayişi

Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha göstərir ki, Azərbaycan üçün 8 Noyabrın mahiyyəti azad edilmiş torpaqlarda hər gün yenidən təsdiqlənir. Bir vaxtlar düşmənin viran qoyduğu kəndlərdə evlərin işıqları yanır, məktəblərin qapılar

11 noyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

12 noyabr
.

Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb

"Bu gün bizim üçün əlamətdar gündür. Belə ki, 12 noyabr müstəqil Azərbaycan dövlətinin Konstitusiya Günüdür. 1995-ci ildə Azərbaycan tarixində ilk dəfə ümumxalq referendumu keçirildi və müstəqil dövlətimizin Konstitusiyası qəbul olundu". Bu fikirləri -a açıqlamasında politoloq Samir Hümbəto

12 noyabr
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

11 noyabr