Fransa Azərbaycanda minatəmizləmə əməliyyatlarına 500 min avro ayırıb

Fransa Azərbaycanda minatəmizləmə əməliyyatlarına 500 min avro ayırıb"Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Müharibənin yaratdığı geosiyasi reallıqlar, Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik formatı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə, regionda gedən proseslərə təsir imkanlarının daha da artmasına səbəb olub. Dünyanın aparıcı ölkələri Azərbaycanla əməkdaşlığın nə qədər vacib olduğunu daha düzgün qiymətləndirir. Bu baxımdan Fransanın son dövrdə atdığı addımları keçmişdə baş verən xoşagəlməz halların və anlaşılmazlıqların aradan qaldırılması məqsədi daşıyan xoşniyyətli təşəbbüslər kimi qiymətləndirmək olar".

Sonxeber.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi günlərində Fransanın nümayiş etdirdiyi qeyri-konstruktiv möqeyinə baxmayaraq, bu gün Fransanın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesində iştirak etmək niyyəti məcburi köçkünlərin öz evlərinə qayıtması prosesinin sürətləndirilməsi, regionda sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətli bir təşəbbüsdür. Dünən Fransanın Piyadalar Əleyhinə Minaların Məhv Edilməsi üzrə Milli Komissiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyətinə Komissiyanın sədri, baş katibi, XİN-nin nümayəndəsi və Fransa Milli Assambleyasının üzvü daxildir. Səfərin məqsədi Azərbaycanla Fransa arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi sahələri özündə əks etdirən tədbirlər planını müvafiq dövlət qurumları ilə müzakirə etməkdir. Bu istiqamətdə ANAMA ilə Anlaşma Memoirandumunun imzalanması gözlənilir. İmzalanacaq memorandum çərçivəsində cari ildə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Fransa Milli Komissiyası tərəfindən 500 000 avro maliyyə yardımı ayrılıb. Nümayəndə heyəti ilə Azərbaycan-Fransa Parlamanetlərarası əlaqələr üzrə işçi qrupun üzvləri arasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri hörmətli Ziyafət Əsgərovun da iştirakı ilə dünən keçirilən görüşdə bir sıra məsələlər müzakirə olundu. Görüş zamanı Komissiyanın Baş Katibi 2022-ci ildən Avropa İttifaqına Fransanın sədrlik edəcəyi dövdə minaların qadağan olunması haqqında Ottava Konvensiyası çərçivəsində minalardan təmizlənmə istiqamətində böyük işlərin görüləcəyini və bu çərçivədə Azərbaycana böyük dəstək göstəriləcəyini xüsusi vurğulamışdır. Fransa eyni zamanda, mina partlayışlarından zərər çəkmiş, sağlamlığını itirmiş insanların reabilitasiyasına da dəstək vermək niyyətindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbərliyinin iştirakı ilə biz Fransanın Azərbaycandakı səfiri Zakari Qrosla bu sahədə görüləcək işlərin əsas istiqamətlərini müzakirə etmişik".

Deputat bildirib ki, həyata keçiriləcək bu layihələr Fransanın işğaldan azad olunmuş ərazilərdə insanların təhlükəsizliyinin təmin olunması, regiona sabitliyin və sülhün gəlməsinə nə qədər ciddi önəm verdiyini göstərir. Bu həm də Fransanın dostluq jesti kimi qəbul edilə bilər. Çünki işğaldan azad olunmuş ərazilərin bərpası Azərbaycan xalqı və dövləti üçün ən mühüm məsələlərdən biridir. Hesab edirəm ki, bu əməkdaşlıq Azərbaycan-Fransa münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanması üçün çox yaxşı zəmin formalaşdıracaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 972   Tarix: 15 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

Eyni məhsul, fərqli qiymətlər: PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

Eyni daşınmaz əmlak, avtomobil və ya məhsul internetdə fərqli qiymətlərlə qarşınıza çıxa bilər. Bəs ilkin elan hansıdır və real bazar qiyməti nə qədərdir?. xəbər verir ki, PRAYK internetdəki açıq məlumatları davamlı analiz edərək eyni təklifin müxtəlif saytlardakı elanlarını müqayisə edir, ilkin mənbən

12 noyabr
.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr
.

Fəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki

12 noyabr
.

12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?

Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması

12 noyabr
.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

11 noyabr
.

Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında

12 noyabr