İlham Əliyevin çıxışı İrana hansı mesajları verdi? - ŞƏRH
Prezident İlham Əliyev İranla bağlı bildirib ki, Ermənistan bu ölkə ilə əlbir olaraq, Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Prezident İlham Əliyev bunu açıqlamaqla İrana hansı mesajları verdi?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin sözlərinə görə, İran bilməlidir ki, Azərbaycanın əlində onları ifşa edəcək çox faktlar var:
"Bu, İran mövqeyinin dəqiq qiymətləndirilməsi deməkdir. Ona görə ki, İran tərəfi uzun müddət Azərbaycanı bu məsələlərlə bağlı təhdid edib və ölkəmizi müxtəlif formada günahlandırıb. Halbuki Azərbaycanın əlində İranla bağlı külli miqdarda faktlar var. Təhlükəsizlik, qonşuluq, regionda sülh-əminəmanlıq, Qarabağ məsələsi kontekstində Azərbaycan nəzərə aldı ki, İran müəyyən müddətə, yəqin ki, bunları dərk edər. Yeni hakimiyyət isə Azərbaycanla təhdid dilində, sərt təzyiqlə danışmağa başladı, "hərbi leksikon"a keçdi. Ərazi bütövlüyümüzə qəsd etdilər. Bu zaman da Azərbaycan sözün əsl mənasında İranın başa düşəcəyi dildən cavab verdi. Bunlar mərhələli şəkildə oldu, amma kulminasiya nöqtəsi ölkə rəhbərinin bəyanatıdır.
Bu gün İlham Əliyevin İranla bağlı səsləndirdiyi fikirlər İranın əsl mahiyyətini ortaya qoyur, irtica rejiminin mürtəce baxışlarını, işğalçı məqsədlərini ifşa edir. Bu açıqlama bildirir ki, Avropaya narkotrafik üçün keçidlərdən İran təkcə özü üçün deyil, bütün region üçün istifadə edir. İran gələcəyi məhv edən narkotikin yayılmasında maraqlıdır. Bu marağı dövlət siyasətinə çeviriblər. Görün biz hansı qüvvə ilə üzbəüzük, kimlərə qarşı mübarizə aparırıq.
Bu, İranın özünə də belə bir mesaj verir: "Sizin cinayətlərinizdən xəbərdarıq. Ən birinci şəxs səviyyəsində bunu elan edirik. Bu bizim bildiyimiz son faktlar deyil".
İran tərəfi bilməlidir ki, Azərbaycan onları ifşa etmək üçün daha ciddi faktlara, həqiqətlərə sahibdir. İran buna təhdid, yaxud hərbi şəkildə cavab versə, bu onlar üçün heç də yaxşı sonlanmayacaq".
Aytəkin Cəlali
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA