Məktəblərdə yoluxma halları artır - Valideynlərə MÜRACİƏT
"Mövsümlə əlaqəli olaraq payız aylarında qrip və buna bənzər üst tənəffüs yolları xəstəlikləri artıb. Bu, hər zaman müşahidə edilirdi".
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Erkin Rəhimov BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ötən ilə nisbətən bu mövsüm uşaqlar arasında xəstələnmə hallarının artmasının müəyyən səbəbləri var.
"Keçən il bu, çox müşahidə olunmadı. Çünki məktəb və bağçalar bağlanmışdı. Amma indi təhsil müəssisələri açıldı.
Ona görə də yoluxma halları arta bilər. Koronavirus da təbii olaraq hava-damcı yolu ilə keçən virus olduğu üçün onun da artması gözlənilən haldır", - deyə Erkin Rəhimov bildirib. Mütəxəssisin fikrincə, bu baxımdan da böyük məsuliyyət valideynlərin üzərinə düşür:
"Evdə olan böyük insanların hamısı peyvənd olunmalıdır. Elmi-tədqiqatlar göstərir ki, ən çox evin içində yoluxma baş verir. Yəni uşaqlar ən çox valideynlərlə yaxın təmasda yoluxur.
Bir tərəfdən də uşaqlara virusla bağlı məlumatlar verilməlidir. Yəni uşaqlar təşvişə düşmədən qorunma yollarını bilməlidirlər. Əlləri sabunla yumaq, maska taxmaq, şəxsi gigiyenaya və sosial məsafəyə əməl etmək lazımdır".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2164 Tarix: 18 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrVəfat edən rəisin yerinə müavini gətirildi (FOTO)
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəhbər təyin edilib. Qaynarinfo-nun məlumatına görə, bu vəzifəyə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Sadıxov Əlisultan Sənan oğlu gətirilib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyə
12 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrEvdə halı pisləşən 25 yaşlı qız öldü
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay
12 noyabr