Özünü doğramaq istəyən həkim DANIŞDI - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant Əsədli Aynur Azad qızı intihar etməyə cəhd edib.
Məsələ ilə bağlı Aynur Əsədli Unikal.org-a açıqlamasında intihara cəhd etməsinin səbəbini açıqlayıb:
"İnstitutun direktoru Həqiqət Qədirova və şöbə müdiri Nuriyyə Səlimovanın böhtanlarından bezmişik. İnsanı nə qədər şərləyərlər?! Ötən həftənin cümə günü mən vaksinasiyaya getmişdim. Saat 12-də işə gəlmişəm. Mən işə gəlməmişdən öncə soyuducu xarab olub, reaktivlər istidə qalıb. Bu məsələlərə məsul şəxs isə şöbə müdiri Nuriyyə Səlimovadır. O isə təqdimatda yazıb ki, guya günah məndədir. Guya ki, mən reaktivlərin yerini dəyişməmişəm. Halbuki dövlətə ziyan vuran onun özüdür. Günah hamısı şöbə müdirindədir. Şənbə günü direktor Həqiqət Qədirova məni çağırıb, dedi ki, siz dövlətə ziyan vurmusunuz. Halbuki mən baş həkimə zəng vurub demişəm ki, soyuducu xarab olub, xəbəriniz var? O isə dedi ki, yox, şöbə müdiri bu barədə məlumat verməyib.
İnsana qarşı bu qədər böhtan olmaz. Direktor deyir ki, şöbə müdiri bu barədə saat 10-da məlumat vermişdi. Mən də dedim ki, baxın, özünüz özünüzü ifşa edirsiniz. Mən həmin gün işə saat 12-dən sonra gəlmişəm. Mütləq məni gözləmək lazım idi? Burada reaktivin yerini dəyişmək üçün adam yoxdur?".
*** 11:09
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim intihara cəhd edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, həkim laborant Əsədli Aynur Azad qızı özünü qayçı ilə doğrayaraq intihar etmək istəyib. Həkim yoldaşları onun intihar etməsinə mane olublar.
İntihar etmək istəyən şəxs şöbə müdirinin onun haqqında rəhbərliyə qərəzli məlumat verdiyini iddia edib. Onu da qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bir müddət öncə Aynur Əsədlini məhkəməyə verib. Məhkəmə çəkişməsinə səbəb A.Əsədlinin institutdakı problemlərlə bağlı Dövlət Başçısına məktubla müraciət etməsi olub.
Məhkəmə prosesi oktyabr ayının 21-də keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3424 Tarix: 19 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021