Məktəbli atasına dərman almaq üçün pambıq toplayır - FOTO
Açıq ürək əməliyyatı keçirən Zərdab rayon Çallı kənd sakini vəziyyəti ilə bağlı dövlət qurumlarının biganə münasibətindən narazıdır.
Bu barədə Oxu.Az-a kənd sakini 1983-cü il təvəllüdlü İsayev Samir Tahir oğlu məlumat verib. O bildirib ki, ürəyində şiş (miksoma) var:
"Ötən il sentyabr ayının 7-də süni qan dövranı şəraitində aorta-koronar şuntlanma (açıq ürək əməliyyatı) və miksomanın ləğvi əməliyyatı keçirmişəm. Əməliyyatdan sonra vəziyyətimin həkim nəzarətində saxlanılması yazılıb. Vəziyyətimin ağırlaşması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlamışam. Müraciətimə rədd cavabı gəlib. Mənim xəstəliyim, xəstəlik dövrüm hamısı xəstəlik kitabçamda qeyd edilib. Sonuncu dəfə 2 ay bundan öncə Kardiologiya İnstitutundan kağız al dedilər, müayinədən keçib kağız da aldım. Amma heç bir tədbir görülmədi. Vəziyyətim də qeyd edilib ki, ağırlaşma var. Dərmanlarım bitib, bahalı dərmanlardır, ala bilmirəm".
S.İsayev onu da qeyd edir ki, qızı İsayeva Nuriyyə 7-ci sinif şagirdidir və ona dərman almaq üçün pambıq yığır:
"Qızımın 13 yaşı var. Onun yaşıdları məktəbə gedir, gəlib dərslərini oxuyur. Mənim qızım isə çarəsizlikdən pambıq yığır ki, mənə dərman alsın. Ata kimi bu vəziyyətdə olmaq məni məhv edir. Xahiş edirəm mənim vəziyyətimlə kimsə maraqlansın, heç olmasa dərmanlarımın alınmasına köməklik edilsin".













Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1895 Tarix: 19 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021