Pandemiyanın olacağı 90-cı illərdən məlum idi, bu hələ başlanğıcdır - Elmi jurnalistdən ŞOK

Pandemiyanın olacağı 90-cı illərdən məlum idi, bu hələ başlanğıcdır - Elmi jurnalistdən ŞOK2 ildir dünya kovidlə vuruşur. Pandemiya başlayanda 90% mütəxəssislər az qalıb, 6 aya bitəcək, peyvənd olunaq azalacaq deyərək ümidlər versələr də, zaman bu proqnozları doğrultmadı.

Əgər bəşəriyyət Covid-19 pandemiyasından dərs çıxarmasa, səhvlər etsə, bu pandemiya sadəcə qarşıdakı təhlükələrin zəif xəbərdaredici zəng səsi ola bilər.

Medicina.az xəbər verir ki, elmi jurnalist Debira Makkenzi pandemiya barədə maraqlı araşdırma edib. O deyir ki, pandemiyaya yol verməmək mümkün idi.
30 ildir biotibb sahəsində araşdırma aparan jurnalist Covid pandemiyasının yaranması barədə öz nəzəriyyələrini irəli sürüb.

"Bu pandemiya bizimlə baş verməməli idi, həm dövlətlərin, həm ÜST-ün imkanı var idi ki, onun yayılmasının qarşsını alsın, biz ən azı hadisələri nəzarətə götürməliydik.

Mən əminəm ki, bizi heyvanlarda mutasiyaya uğrayan yeni viruslar gözləyir, insanlar üçün çox təhlükəli ölümcül xəstəliklər ola bilər.

Əgər biz budəfəki kimi səhvlər etsək, növbəti pandemiyanı saxlaya bilməyəcəyik. Bizim zəmanətimiz yoxdir ki, pandemiya səbəbindən çökən dövlətlər buna hazırdır və əllərindən gələn hər şeyi edəcəklər.
Bizi xəbərdar etmişdilər:

Alimlər 10 illərdir bizi viruslar barədə xəbərdar edirdilər. Hətta 7-8 il əvvəl konkret olaraq virus ailələrinin adları çəkilirdi.
Mən özüm 90-cı illərdən bu barədə yazıram.

Məsələnin mahiyyəti nədir? vəhşi təbiətdə çoxsaylı viruslar dövr edir, onlar heyvandan heyvana keçir, dəyişir və heyvandan da insana ötürülə bilər.

İnsanlar təbiətdə vəhşi, xəstə, viruslu heyvanlarla üzləşir, heyvan insanı yaralayır və insanlar bir regiondan digərinə asanlıqla keçir.

İnsan orqanizminə ilk dəfə düşən bir virus ildırım sürətilə yayılır və insan populyasiyasında özünə yer tutmaq istəyir.
Bu gün elm və tibbin elə bir təcrübəsi, metodu yoxdur ki, konkret olaraq viruslu ocağı aşkar edib, həmin insanları və şəhəri tez, başlanğıc mərhələdə təcrid edib, ocağı söndürsün. Çünki insanlar bir yerdə dayanmır.

Ona görə də Covidlə yaşadıqlarımız indiki dünyada hər hansı epidemiyanın sürətlə baş verəcəyini göstərdi, yeni pandemiya istənilən an alovlana bilər.

Heyvanlar aləmində olan onlarla təhlükəli virus uğurlu vaxtını, insan orqanizminə yoluxacağı anı gözləyir.
Bizə elə gəlirdi ki, eıidemiyalar natəmiz orta əsrlərdə, elmin, tibbi geri qaldığı dövrlərdə ola bilər, müasir dünyanı epidemiya gözləmir. Amma alimlərin xəbərdarlığı kağız üzərində qalırdı.

İnkişaf etmiş super müasir ölkələr nəyəsə axrayın idilər. Hər bir hökumətin pandemiya ilə bağlı xüsusi tədbirlər planı öncədən var. Amma real pandemiya göstərdi ki, hətta ABŞ kimi dövlət belə bu plana əməl etmədi və xaos yaratdı.

Çin hökumətinin ilk başda virusun yayılmasının masştabını və xəstələrin sayını azaltması, həkimlərə, alimlərə bu barədə danışmağa qadağa qoymaq, testlərin kütləvi aparılmaması və ÜST-ü yanıldıcı rəsmi informasiyaların verilməsi dünyanı pandemiya ilə mübarizədə 4 ay gecikdirdi. Yanvarda rəsmi Pekin ÜST-ə yeni yoluxucu epidemiya barədə məlumat verdi, lakin yenə də virusun insandan insana keçmədiyini bildirdi. Hələ də heç kim bilmir ki. niyə belə etdilər. Məqsəd nə idi? Və BMT, ÜST səviyyəsində hələ də bunu edənlər hər hansı şəkildə cəza almayıb.
Pandemiyanın olacağı 90-cı illərdən məlum idi, bu hələ başlanğıcdır - Elmi jurnalistdən ŞOK


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2129   Tarix: 19 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021