Bakı-Sumqayıt qatarını daşlayan azyaşlılar TUTULDU - VİDEO
Hərəkətdə olan Bakı-Sumqayıt elektrik qatarına daş atararaq vaqonların şüşlərini sındıran və sərnişinlərin həyatı üçün real təhlükə yaradan azyaşlılar saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb.
Nəticədə qatarın şüşələri sınıb və sərnişinlərin həyətı üçün real təhlükə yaranıb. Eyni hal car ilin noyabr ayının 4-ü və 6-sı iki dəfə təkrarlanıb.
Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı qeyd edilən hadisələri törədən şəxslər qısa zamanda müəyyən edilərək saxlanılıblar.
Qeyd edək ki, hərəkətdə olan qatarlara daş ataraq maddi ziyan vuran, həmçinin sərnişinlərin ciddi narahatçılığına səbəb olanlar yetkinlik yaşına çatmayan şəxslər olduğundan onlar valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər.
Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb və onlar törətdikləri hadisələri etiraf ediblər.
Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən hadisələri törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzəridə nəzarəti daha gücləndirməyin vacib olduğu onların diqqətinə çatdırılıb
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar tədbirləri davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1653 Tarix: 10 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabrAstarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabrBakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə
11 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabr