Şöbə müdiri tələbədən aldığı 6800 manatı rektor Nurlana Əliyevaya təhvil verdiyini deyib

Şöbə müdiri tələbədən aldığı 6800 manatı rektor Nurlana Əliyevaya təhvil verdiyini deyibBakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

Prosesdə şahid qismində ilk olaraq Türkmənistanda doğulmuş Rusiya vətəndaşı İradə Quliyeva ifadə verib.

Şahid bildirib ki, Bakı Slavyan universitetində əlavə təhsil almaq üçün təqsirləndirilən şəxsə 6800 manat ödəyib: "Müharibə gedirdi. Dürdanə Əliyeva mənə dedi ki, təhsil haqqını aparatla onun hesabına ödəyim. Pulu ödəyəndə hesab nömrəsində Dürdanə Əliyeva yazılmışdı. Mənə demişdi ki, müharibə şəraiti olduğu üçün insanlara kömək edirik. Universitetə gəlmədən pulu rahat şəkildə ödədim. Sonradan mənə zəng etdilər ki, sənin pulun kassaya keçməyib, buna görə də Universitetə borcun qalıb".

Şahid ifadəsinə münasibət Dürdanə Əliyeva sözügedən məbləğin onun hesabına ödənildiyini təsdiqləyib. D.Əliyeva bildirib ki, ifadə verən şahiddən aldığı pulu həmin vaxt rektor olmuş Nurlana Əliyevaya təhvil verib.

Təqsirləndirilən şəxsin vəkili isə sözügedən 6800 manatın şahidin özünün razılığı ilə alındığını deyib: "Universitetdə qrup açılması üçün ən azı üç nəfər olmalıdır. Həmin qrupda isə İradə Quliyeva tək olub. Buna görə də ondan üç nəfərin təhsil ödənişi alınıb".

Prosesdə məhkəməyə sədrlik edən hakim Əli Məmmədov şahidin ifadəsindən sonra Bakı Slavyan Universitetinin nümayəndəsinə üz tutaraq xahiş edib: "Hazırda ifadə verən şəxs xarici ölkədən gəlib. Vətən müharibəsi zamanı psixoloq kimi cəbhəyanı bölgələrdə vətəndaşlara köməklik göstərib.

Təqsirləndirilən şəxsin vəkili deyir ki, üç nəfərin ödənişi alınıb şahiddən. Elə deyirsiz ki, bunu... Belə olmaz axı! İnsanlara belə eləmək olmaz! Vətəndaş qonaqdır, Azərbaycandan inciməməlidir. Hörmətli universitet nümayəndəsi, gedin məhkəmənin adından xahiş edin, bu vətəndaşa köməklik etsinlər".

Prosesdə ifadə verən digər şahid isə Universitetdə təhsil almaq üçün Dürdanə Əliyevaya min manat pul verdiyini deyib: "Əlavə təhsil üçün 2300 manat ödəməli idim. Sonradan danışıb min manat verdim. Dürdanə Əliyeva mənə dedi ki, bankla ödəyəndə sonradan problem olur. Min manat verdim, tələbə bileti də vermədilər. Sonra pandemiya ilə bağlı tədris də dayandı. Yanvar ayında bildim ki, mənim universitetə borcum var".

Daha sonra hakim şahiddən həmin min manatın sonrakı taleyinin necə olduğunu soruşub. Şahid suala belə cavab verib: "Dürdanə Əliyevaya verdiyim pulu almaq üçün gəlmişəm məhkəməyə. Mən min manatımı tələb edirəm".

Hakim Əli Məmmədov şahidin son sözlərinə cavab olaraq bildirib ki, məhkəmə kimdənsə pul alıb verən deyil: "Burada Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə istintaqı aparılır. Lakin, vətəndaşı da başa düşmək lazımdır, bu vətəndaş indi necə bilsin? Təhsil almaq üçün universitetə qəbul olunub, başına belə bir iş gəlib".

Proses noyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1583   Tarix: 15 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr
.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

10 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr
.

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri

12 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr