Şəhidin yas mərasiminə marqarin yağı göndərilməsi iddiasına RƏSMİ CAVAB
Ermənistanın noyabrın 16-da dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Natiq Əliyevin Gəncədə keçirilən yas mərasimi zamanı xoşagəlməz hadisə baş verməsi haqqında məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə video paylaşılıb. Videoda deyilir ki, Gəncə şəhər İcra Hakimiyyətindən şəhidin yas mərasimini keçirmək üçün verilən ərzağa marqarin yağının daxil olduğu göstərilib.
Məsələyə aydınlıq gətirmək üçün Gəncə şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-in bölgə müxbirinə bildirilib ki, yayılan videonun və iddiaların heç bir əsası yoxdur.
"Ev sahibinin bununla əlaqəsi olmayıb. Bu, qonşuların işi olub. Ümumi ərzaq yardımı gətirilib. Ərzaq payında marqarin yağı olmayıb. İlkin nə lazımdırsa, 400 manatlıq ərzaq olub. Gündəlik ət məhsulları verilib. Digər məsələlər yalan məlumatdır. Kimlərsə çirkin niyyətlərini işə salıb, şəhidin adından istifadə etmək istəyirlər", - deyə bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7943 Tarix: 18 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrAzərbaycanda ən çox və ən az maaş verilən sahələr
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri
12 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabr