Külli miqdarda diş implantları tapıldı - FOTO
Gömrükçülər külli miqdarda diş implantlarının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Sonxeber.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Tünzalə Nəsirova nəzarətə götürülüb.
Vətəndaş gömrük nəzarətindən "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə keçmək istəyərkən saxlanılıb, onun əşyalarına baxış və üzərində şəxsi yoxlama keçirilməsi üçün "Qırmızı kanal" buraxılış sisteminə yönləndirilib.
Sonra hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı həmin şəxsin çamadanında gömrük nəzarətinə əvvəlcədən təqdim olunmayan, yazılı, elektron və ya şifahi formada bəyan edilməyən 120 ədəd "Bone Level" markalı implant abatmenti və 8 ədəd "Aggressor" markalı diş implantı aşkar olunub. Adı çəkilən vətəndaşın orta təhsilli olduğu və həkim köməkçisi işlədiyi müəyyən edilib.
Ümumiyyətlə, son vaxtlar bəzi şəxslərin sözügedən tibbi ləvazimatları qanunsuz yolla ölkə ərazisinə gətirməsi cəhdlərinə tez-tez rast gəlinir.
Bu ləvazimatların gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən keçirilməsi üçün digər sərnişinlər arasında paylanması halları müşahidə edilir.
Müvafiq qanunvericiliyə əsasən, diş implantı və implant abatmentlərinin idxalı sanitar-gigiyenik qaydalara əməl olunmaqla Səhiyyə Nazirliyinin icazəsi ilə həyata keçirilir. Həmin tibbi ləvazimatların müvafiq qaydalara əməl edilmədən idxalı infeksion xəstəliklərin yayılması riskini artırır.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri