15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi veriləcək
Artıq 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına da fərdi identifikasiya kartı deyil, şəxsiyyət vəsiqəsi veriləcək.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bununla əlaqədar "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanun ləğv edilir, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna müvafiq dəyişiklik edilir.
Başqa sözlə, 2022-ci il yanvarın 1-dən qüvvəyə minməli olan "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanuna əsasən, 15 yaşı yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində onun şəxsiyyətini təsdiq edən sənəd olmalı idi. Ancaq bu qanun ləğv edilir. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən isə 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir.
Layihəyə əsasən, 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı olanadək etibarlı olacaq.
Qanun layihələri bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri