Ədliyyə işçilərinin peşə bayramını TƏBRİK EDİRİK
Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunub. Ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 103 il ötür. Ulu öndər Heydər Əliyevin imzası ilə tarixə yazılan 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı - artıq 22 ildir ki, ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilir. Cənab Prezident İlham Əliyev dövlət başçısı seçildiyi gündən bu sahədə aparılan islahatlar artıq öz səmərəsini verməkdədir.
Ədliyyənin, məhkəmə orqanlarının inkişafı, müasirləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanan fərmanlar, sərəncamlar və dövlət proqramları yüksək səviyyədə icra olunmaqdadır. Bu gün əminliklə söyləyə bilərik ki, Azərbaycan ədliyyə orqanlarının fəaliyyəti müasir tələblərə, beynəlxalq standartlara tam cavab verir. Əlbəttə, bu gün bu sahədə əldə edilən uğurlarda ədiliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov başda olmaqla, ədliyyə işçilərinin böyük rolu və əməyi var.
Bu il ədliyyə işçiləri peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi, qürurla qeyd edirlər.
Biz də, Sonxeber.az saytı olaraq, başda ədiliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədov olmaqla, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur xanım Sabitovanı, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı cənab Ceyhun Həsənovu, Təşkilat-nəzarət idarəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Vüqar Abışovu, Əməliyyat-rejim idarəsinin rəisi, ədliyyə polkovniki cənab Mirsaleh Seyidovu, ədliyyə polkovnik-leytenantı cənab Süleyman Qədirovu, 7 saylı cəzaçəkmə müssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı cənab Rasim Bayramovu, ədiliyyə mayoru cənab Kənan Orucovu və ümumilikdə Ədiliyyə Nazirliyinin, Penitensiar xidmətinin, 7 saylı cəzaçəkmə müssisəsinin bütün əməkdaşlarını təbrik edirik. Çətin, məsuliyyətli və bir o qədər şərəfli peşələrində onlara uğurlar arzulayırıq!
Peşə bayramınız mübarək, əziz ədiliyyəçilər!
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"