Abşeronda qadın sərxoş halda avtomobili qaçırıb qəza törətdi - FOTO

Abşeronda qadın sərxoş halda avtomobili qaçırıb qəza törətdi - FOTOAbşeron rayonunun Masazır qəsəbəsində 4 avtomobil qəzaya uğrayıb.

APA xəbər verir ki, hadisə "Qurtuluş 93" yaşayış kompleksinin həyətyanı sahəsində baş verib.

Belə ki, Rzayeva Azadə Bəhrəm qızı tanışına məxsus 90-SP-998 dövlət nömrə nişanlı KİA markalı avtomobili binanın həyətindən qaçıraraq yüksək sürətlə məhəllədaxili yolla hərəkət edib. Bu zaman o, qəfil dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsini Süleyman İsayevə məxsus "Opel"ə çırpılıb.

Bununla belə, avtomobili saxlamayan qadın sürücü əks yola çıxaraq Fərrux Kərimova məxsus "Chevrolet" markalı maşınla toqquşub. Sükana nəzarəti itirən qadın KİA-nı Məhəmməd Atayevin sükanı arxasında olduğu "Daewoo" markalı maşına çırpıb.

Hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qadının avtomobili hadisə yerində qoyub qaçdığını görüb. Dərhal Post Patrul Xidmətinin əməkdaşları onu təqib edərək saxlayıb. Məlum olub ki, qadın sərxoş haldadır. Bunu Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və hadisə zamanı zərərçəkən sürücülər təsdiqləyib.

Daha sonra qəzanın baş verdiyi əraziyə KİA markalı maşının sahibi gəlib. O, polis əməkdaşlarına bildirib ki, avtomobilini Azadə Rzayeva oğurlayıb.

Qeyd edək ki, Azadə Rzayeva özünü bloqer kimi təqdim edib. A.Rzayeva polis tərəfindən saxlanılıb.
Abşeronda qadın sərxoş halda avtomobili qaçırıb qəza törətdi - FOTOAbşeronda qadın sərxoş halda avtomobili qaçırıb qəza törətdi - FOTOAbşeronda qadın sərxoş halda avtomobili qaçırıb qəza törətdi - FOTOAbşeronda qadın sərxoş halda avtomobili qaçırıb qəza törətdi - FOTOAbşeronda qadın sərxoş halda avtomobili qaçırıb qəza törətdi - FOTOAbşeronda qadın sərxoş halda avtomobili qaçırıb qəza törətdi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4522   Tarix: 23 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr