Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başladı
Tanınmış psixoterapevt Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başlayıb.
Həftədə bir dəfə efirə çıxacaq "Kölgə işığı" adlı verilişdə dünyada və ölkəmizdə aktual olan psixoloji məsələlərin həlli yolları araşdırılır.
Mütəxəssislərin iştirakı ilə təqdim olunan layihənin əsas məqsədi gənclərin, yeniyetmələrin mənəvi dünyalarına kölgə salan məqamlara aydınlıq gətirməkdir. Yeni proqramda valideynlər də yeniyetmə və gənc övladları ilə ümumi dil tapmaq, onların daxili aləmini kəşf etmək, eləcə də yardım göstərməklə bağlı suallarına cavab tapacaqlar.
Proqramın aparıcısı Elmir Əkbər layihə barədə danışaraq qeyd edib ki, bu, vətəndaşlar üçün çox faydalı olacaq:
"Düzgün istiqamətini itirən yeniyetmələr, ailə daxilində yaranan təlatümlər, yanlış örnək seçimi hamımızı narahat edir. Bu baxımdan düşünürəm ki, "Kölgə işığı" vətəndaşlar üçün çox faydalı layihədir. Yeniyetmə və gənclər onları narahat edən, şüuraltı problemləri özündə əks etdirən, öz kölgələrində gizlənmiş sualların cavabını aktiv ünsiyyət vasitəsilə tapa biləcəklər".
Verilişin ssenari müəllifi Gülayə Xəlilova, quruluşçu rejissoru Rəna Yunisli, redaktoru isə Sevinc Mütəllibovadır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1835 Tarix: 23 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabrBulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabrArvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabr