"Soçi görüşü kifayət qədər səmərəli oldu" - Jalə Əhmədova
Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə görüşüblər. Görüş nəticəsində üçtərəfli bəyanat qəbul edilib. Bu sənəd 10 noyabr və 11 yanvar bəyanatlarının məntiqi davamı kimi qiymətləndirilir.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Jalə Əhmədova bildirib ki, Qarabağ problemi ətrafında və regionda nizamlanma məsələlərində yaranan vəziyyətin müzakirə edilməsi ilə bağlı Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında keçirilmiş üçtərəfli görüşün kifayət qədər səmərəli olub:
"Görüşdə iki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyası mexanizmlərini yaratmaq barədə razılığın əldə edilməsi, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz olması, həmçinin iqtisadi əlaqələrin inkişafı barədə, ilk öncə isə nəqliyyat dəhlizlərinin - dəmir yolu, avtomobil yollarının açılması məsələləri, mübahisələrin və fikir ayrılıqlarının nizamlanması işində qərarlar qəbul edildi ki, bu da hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır.
Soçi görüşü nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri bəyanat imzaladılar və bu bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edildi.
Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamlarını xüsusi vurğulamaq lazımdır.
Münaqişə sonrası mərhələdə Azərbaycan üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsiplər əsasında normallaşması mövqeyindən çıxış edib.
Hesab edirəm ki, əldə edilən razılaşmaların hər biri yerinə yetiriləcək və 26 noyabr bəyanatı bütövlükdə Cənubi Qafqazda münasibətlərin normallaşması işində əhəmiyyətli dönüş yaradacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"