DYP-dən Bakıda bağlanan yollarla bağlı sürücülərə MÜRACİƏT
Bu gün paytaxtın iki küçə və prospektində hərəkət məhdudlaşdırılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a bildirib ki, paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Bağırov tunelində hərəkət tamamilə dayandırılıb:
"Buna görə də Heydər Əliyev prospektində hərəkət yalnız üzü şəhər istiqamətində baş tutacaq. Belə ki, bu yolda hərəkət 5 saylı "Asan xidmət"in qarşısından keçməklə birbaşa Heydər Əliyev prospekti şəhər istiqaməti ilə orta zolağa yönəlib".
O, həmçinin Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsindən üzü mikrorayon və "Memar Əcəmi" metrostansiyası istiqamətinə gedən körpüdə də hərəkətin tam məhdudlaşdırıldığını vurğulayıb:
"Burada sürücülər müvəqqəti olaraq, yalnız tunellə hərəkət edə bilərlər. Həmçinin əskinə getmək istəyənlər də körpüyə daxil olmadan sağ zolaqla hərəkət etsinlər. Hazırda qeyd edilən ərazilərdə yol patrul xidməti əməkdaşları nizamlayıcı qismində xidmət apararaq, nəqliyyatın hərəkətini istiqamətləndirir. Vətəndaşlardan xahiş edirik ki, mümkün qədər adı çəkilən küçə və prospektlərdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Əvvəlcədən hərəkət istiqamətlərini düzgün qiymətləndirib, hərəkətlərinə davam etsinlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1152 Tarix: 27 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAstarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabr