Həkim: "Yeni ştamma yoluxanlar əsas olaraq 20-30 yaş arası gənclər olur" - VİDEO
Koronavirusun yeni "Omikron" ştammının peyda olması bir sıra ölkələri pandemiya ilə mübarizə planlarını yenidən nəzərdən keçirməyə vadar edib.
Cənubi Afrikadan olan Həkimlərin verdiyi məlumata görə, bu ştamma yoluxmuş insanlarda qoxu və dadbilmə itmir.
Həkimlər qeyd edirlər ki, "Omikron" ştammı ilk olaraq gənclər arasında yayılır.
Bəs bu yeni ştamm Azərbaycanda yayıla bilərmi?
Həkim Vasif İsmayıl məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu ştamm Türkiyə və Rusiyada aşkarlanarsa, ölkəmizdə də yayıla bilər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, daha əvvəllər COVID-19-a yoluxmuş insanlarda yeni "Omikron" ştammına yoluxma riski yüksək ola bilər. Bu səbəbdən xüsusilə qış aylarında immunitetimizi güclü saxlamaq lazımdır, əks halda, yoluxma sayı yenidən arta bilər. ÜST-nin məlumatında qeyd edilir ki, hazırda istifadə olunan testlər yeni ştammla yoluxmanı aşkar etməyə qadirdir. Yeni ştamma yoluxanlar əsas olaraq 20-30 yaş arası gənclər olur ki, onların da 65 faizi peyvənd olunmayanlardır.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1169 Tarix: 30 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrEyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA
Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa
11 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabr