Helikopter qəzasında həlak olanların SİYAHISI - YENİLƏNİB
Dövlət Sərhəd Xidməti "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan və yaralanan hərbi qulluqçuların siyahısını yayıb.
Xidmətdən verilən məlumata görə, noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olublar:
1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edir.
16:12
"Qaraheybət" aviasiya poliqonunda planlı təlim uçuşları keçirərkən helikopterimiz qəza enişi edib".
Bunu APA-ya Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev bildirib.
DSX-nin rəisi müavini deyib ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"