""Media haqqında" qanun layihəsi media islahatlarının tərkib hissəsidir" - Vasif Həsənli

""Media haqqında" qanun layihəsi media islahatlarının tərkib hissəsidir" - Vasif HəsənliDekabrın 10-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclasında "Media haqqında" qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Fikirlər müxtəlifdir, Milli Məclislə yanaşı, sosial şəbəkələrdə də layihə geniş müzakirə olunub. Bəzi məqamlar isə ümumiyyətlə kontekstdən kənar müzakirəyə çıxarılıb və yanlış rəy yaradılıb. Söhbət vahid jurnalist vəsiqəsinin verilməsindən gedir, bunu bir qədər aydınlaşdırmaq lazımdır. Layihəyə əsasən, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyacaq.

Qanun layihəsi ilə bağlı Sonxeber.az-a "Demokrat Media"nın rəhbəri Vasif Həsənli danışıb.

O bildirib ki, "Media haqqında" yeni qanunun qəbul edilməsi uzun illərin zərurətinə çevrilib:

"Çünki media davamlı olaraq dəyişir, inkişaf edir, yeni çağırışlarla uzlaşmağa çalışır, lakin bu sahəni tənzimləyən qanun 20 il öncə qəbul edilib və müasir dövrlə uzlaşmır. Bu da mediada problemlərin yaranması mənbələrindən biridir, çünki beynəlxalq təcrübə də göstərir ki, qanunlar yaxşı işlədiyi halda medianın məsuliyyəti güclü olur.

Bu qanun Prezident İlham Əliyevin media sahəsində islahatların aparılması siyasətinin tərkib hissəsidir. Prezidentin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanının imzalanması ilə başlanan islahatlarda ilk olaraq struktur dəyişiklikləri edildi.

Belə ki, həmin Fərmanla Medianın İnkişafı Agentliyi yaradıldı. Ardınca qanunvericilikdəki boşluqların aradan qaldırılması istiqamətində zəruri olan addımlar atıldı. "Media haqqında" qanun layihəsi bu prosesin tərkib hissəsidir.

Qanun layihəsini incələdikdə mühüm dəyişikliklərin edildiyini görmək olur, xüsusilə müasir çağırışların nəzərə alınması, çap mediası ilə yanaşı, onlayn medianın, eləcə də sosial medianın məsuliyyət sahəsinin müəyyən edilməsi ən mühüm məqamlardandır.

Qanun layihəsi qəbul olunacağı təqdirdə, media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək. Bu, rəqabətin artırılması üçün ən vacib addımlardandır. Çünki mediada "köçürmə" prinsipi geniş şəkildə yayılıb və belə demək mümkünsə, çox az bir hissə xəbər istehsal edir, digərləri bu xəbərlərin arxasınca "sürünür". Bir çox hallarda müəlliflik hüquqları qorunmadan informasiyanın oğurlanması halları yaşanır. Nəticə etibarilə, rəqabətdən daha çox, qeyri-legitim yollar inkişaf edir.

Fikrimcə, qanun layihəsi bütün bu kimi problemlərin aradan qaldırılmasına kömək edəcək, xəbər uğrunda mübarizə, informasiya istehsalı bacarıqlarının inkişafını təşviq edəcək və peşəkarlığa gətirib çıxaracaq. Ümumilikdə isə bu, medianın inkişaf edəcəyi deməkdir!"

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1182   Tarix: 11 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10 noyabr
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr