Koronavirus xəstəsi avtobus sürərkən yaxalandı - VİDEO

Koronavirus xəstəsi avtobus sürərkən yaxalandı - VİDEOKoronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində növbəti profilaktik tədbir keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Sonxeber.az xəbər verir ki, profilaktik tədbir zamanı şəhər ərazisində yerləşən fəaliyyətinə icazə verilən obyektlərdə sanitar-karantin qaydalarına əmək etməyən şəxslər müəyyən edilib və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tənbeh tədbiri görülüb. Mağazalara maskasız daxil olan alıcılar, həmçinin maskalardan düzgün istifadə etməyən şəxslər polislər tərəfindən müəyyən edilərək cərimələniblər. Xırdalan şəhərində keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 27 şəxsə protokol tərtib edilib.

Reyd zamanı həmçinin aktiv koronavirus xəstəsi kimi qeydiyyata alınan amma buna baxmayaraq sərnişin avtobusu idarə edən sürücü də aşkar edilib. Polis əməkdaşları 523 saylı marşurut xətti ilə hərəkət edən avtobusun sürücüsü Fəyal İlyasovun aktiv koronavirus xəstəliyinin daşıyıcısı ola-ola evdə məcburi müalicəyə cəlb edilməsinə baxmayaraq işə çıxdığını və avtobus idarə etdiyini müəyyən ediblər. Sərnişinlərin həyatını real təhlükə altına qoyan sürücü polislər tərəfindən tibbi prosedurlar gözlənilməklə xəttdən kənarlaşdırılıb və yaşadığı ünvana qaytarılıb. Fəyal İlyasov barəsində Abşeron Rayon Polis İdarəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar başlanılıb. Araşdırmaların sonunda onun etdiyi əmələ hüquqi qiymət veriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1238   Tarix: 11 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI

Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə start verilir. Bu barədə Sönxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın inzibati rayonlar

15 iyun
.

Yer kürəsindəki ən qədim su tapıldı: dadı necədir?

Kanadada yerin təxminən üç kilometr dərinliyində Yer kürəsinin ən qədim suyu aşkarlanıb. Geoloqlar Ontario əyalətinin şimalında, Timmins şəhəri yaxınlığında yerləşən Kidd-Krik mədənində təxminən iki milyard il yaşı olan su nümunələri tapıblar. xarici mediaya istinadla xəbər verir ki, bu kəşf artıq planetd

15 iyun
.

Bu yay hansı ayaqqabılar trend olacaq?

Yay mövsümü yaxınlaşdıqca qarderoblar yenilənir və ayaqqabı seçimləri də dəyişir. Bu il rahatlıq və zəriflik ön plandadır. Dizaynerlər gündəlik istifadəyə uyğun modellərlə yanaşı, cəsarətli detalları olan ayaqqabıları da trend siyahısına daxil edib. bu modelləri təqdim edir:. Toxuma detallı sandaletlər

15 iyun
.

Qardaşı ilə mübahisə etdi, atasını güllələyib öldürdü - Biləsuvarda dəhşətli qətl

Lənkəran Ağır Cinayətlər Məhkəməsində atasının qətlində təqsirləndirilən 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Bağırlı 10 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə

15 iyun
.

Ağ Evdə keçirilən UFC turnirində qalmaqal

ABŞ prezidentinin rəsmi iqamətgahında - Ağ Evin ərazisində keçirilən "UFC Freedom 250" turniri qalmaqallı səhnələrlə də yadda qalıb. "Haber Global"a istinadən xəbər verir ki, belə hallardan biri gənc idmançı Coş Hokitin döyüşün ikinci raundunda Derrik Lyuisi nokaut etməsindən sonr

15 iyun
.

Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olundu

Azərbaycanda bu ilin yanvar-may aylarında 65 min şəxs işlə təmin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən dövrdə 170,1 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib, 322 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Bundan başqa

15 iyun
.

Əli Əsədov Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib

Baş nazir Əli Əsədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Əli Əsədov müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevi

15 iyun
.

ABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır

ABŞ və İran arasındakı razılaşma xəbərlərinə, investorların əhvali-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, dolların məzənnəsi eniş nümayiş etdirir. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Agentliyin məlumatına əsasən, neft kotirovkalarını

15 iyun
.

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib. "Can Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edir, bir millətin iki dövləti, tək ürəyi daşıya

15 iyun