"Heydər Əliyev ideyalarının reallaşmasının növbəti dəfə şahidi olduq" - Jalə Əhmədova

"Heydər Əliyev ideyalarının reallaşmasının növbəti dəfə şahidi olduq" - Jalə Əhmədova""Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir", - demişdi Ulu Öndərimiz.
Hər bir kəlamında bir müdriklik, bir həqiqət olan Ulu Öndərin vaxtilə söyləmiş olduğu bu fikrin gerçəkləşməsini biz Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsində gördük".

Bu sözləri Sonxeber.az-a danışan Jalə Əhmədova deyib.

Deputat vurğulayıb ki, Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri, min illər keçsə belə, yaddan çıxmayacaq, nəsillərdən-nəsillərə ötürüləcək Heydər Əliyevin ideyalarının reallaşmasının növbəti dəfə şahidi olduq:

"Azərbaycanlı olaraq, hər birimiz xalq-ordu birliyinin, milli həmrəyliyin, Vətənə sevginin, vətənsevərliyin bir parçası olduq Vətən müharibəsində. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Orduya malik olması, Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərinin bariz nümunəsidir. Atdığı hər bir addımını xalqın mənafeyi ilə uzlaşdıran, ən qısa zaman kəsiyində ölkədaxili siyasi və iqtisadi problemlərin tam həllinə nail olan Heydər Əliyevin hazırladığı strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə bu gün də xidmət edir".

Deputat qeyd edib ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır:

"Fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs, lider kimi təsdiq etmiş Ulu Öndər idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməyib.
Dərin zəka, ağıl və düşüncə, möhkəm iradə, sarsılmaz yaddaş, soyuq və dözümlü münasibət, dəmir məntiq kimi fenomenal xüsusiyyətlərə malik olan Heydər Əliyev,  dünyanın diqqət mərkəzində olan siyasi xadimlər arasında xüsusi yerə və nüfuza sahib olub. Dünyanın siyasi tribunasından diqtə etdiyi qətiyyətli çıxışları, keçirdiyi görüşlər nəticəsində hegemon dövlətlərlə Azərbaycan arasındakı əlaqələrin və dövlətlərarası qarşılıqlı münasibətlərin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub və bu gün o böyük siyasətçinin yolunu Prezident İlham Əliyev uğurla davam etdirir.

Cənab Prezidentin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti nəticəsində Azərbaycan bu gün  bölgədə və dünyada söz və nüfuz sahibinə çevrilib, bütün dünyada torpaqlarını işğaldan azad edən qalib ölkə kimi tanınıb.

Dekabrın 12-də Ümummilli Liderimizin anım günüdür. Bütün dünya azərbaycanlılarının milli iftixarı, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq Ulu Öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirəm".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1232   Tarix: 12 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr