"Ulu Öndər daim elm və təhsilin himayədarı olub" - Elm və Təhsil komitəsinin üzvü

"Ulu Öndər daim elm və təhsilin himayədarı olub" - Elm və Təhsil komitəsinin üzvüBu gün Ulu Öndər Heydər Əliyevin vəfatından 18 il ötür.

Sonxeber.az xəbər verir ki, Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Ulu Öndər haqqında öz "Facebook" səhifəsində paylaşım edərək, Heydər Əliyevin elm və təhsilin himayədarı olduğunu qeyd edib:

"Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğı daha da artırıldı. Bu, təsadüfi deyildi. Çünki o dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.

Məhz buna görə də Ümummilli liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi elm və təhsilin inkişafı ilə paralel aparılırdı.

Heydər Əliyevin rəhbərliyi müddətindəki illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bütün sahələrdə görünməmiş uğurlar qazanıldı.

1993-cü ilin iyununda xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular.

Yuxarıda qeyd etdiyimiz kimi, Ümummilli lider hələ Azərbaycana birinci rəhbərliyi dövründə təhsilin inkişafına böyük önəm verirdi. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratdı.

Ulu Öndər yaxşı bilirdi ki, yüksək ixtisaslı mütəxəssislər, yetişdirilməsi istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Buna görə Dahi Öndər cəmiyyətin inkişaf zəminini düzgün olaraq təhsildə və maarifçilikdə görürdü, bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi.

Keçmiş sovetlər dövründə Ulu Öndər Azərbaycan təhsilinin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırdı, mövcud potensialı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etdi.

Məhz həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət aldı, təhsil infrastrukturu tamamilə yeniləşdirildi, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri aaçıldı. Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verildi, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artdı.

O illərdə Azərbaycanın əldə etldiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Bu məqsədi uğurla həyata keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoydu. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərildi, hər il xaricə 800 tələbə yola salındı.

Ümummilli lider Heydər Əliyev öhdəsinə düşən bütün işləri yüksək səviyyədə reallaşdırdığı üçün məhz 1983-cü ildə SSRİ-də məktəb islahatı da Nazirlər Soveti sədrinin birinci müavini kimi ona tapşırıldı. Ulu Öndərin bu işin öhdəsindən layiqincə gəldiyini yaxşı xatırlayırıq.

1993-cü ilin iyununda Bakıya qayıdan Ümummilli liderin xüsusi diqqət yetirdiyi məsələlərdən biri təhsil sisteminin yaxşılaşdırılması ilə bağlı idi. Buna görə də Ulu Öndər təhsilin milli tərəqqinin gerçək amilinə çevrilməsi üçün geniş islahatlar proqramının hazırlanaraq reallaşdırılması vəzifəsini qarşıya qoydu.

1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncamı imzalaması isə bu sahədə təkmil qanunverici bazanın formalaşdırılması, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılması məqsədindən irəli gəlirdi. Çox qısa müddətdə komissiyanın hazırladığı "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" geniş müzakirələrdən sonra 1999-cu ilin iyununda imzalanaraq qüvvəyə mindi. Həmin proqram ölkəmizdə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, milli təhsil ənənələrinə sadiq qalmasını da təmin etdi.

Heydər Əliyevin "İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır" - konseptual göstərişini əsas tutaraq, ümumi orta təhsil sistemində də bu müddət ərzində ciddi irəliləyişlər əldə olunub.

Ulu Öndər təhsil haqqında deyib: "Təhsil millətin gələcəyidir. Mən millətimdən yüksək ad tanımıram. Müəllim sənəti şərəfli bir sənətdir".

Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri yeni əlifbaya keçilməsi - latın qrafikalı əlifbanın reallığa çevrilməsi idi. Heydər Əliyevin "Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır" - tarixi çağrışı təhsil sistemində özünün tam həllini tapıb.

İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşməsi, onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.

Ulu Öndər Heydər Əliyev azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirib. Ümummilli liderimizin fikrincə, ana dili azərbaycançılığın təməl prinsipidir. Buna görə də o, xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ilk növbədə öz dilini qorumağın, inkişaf etdirməyin vacibliyini yaxşı bilirdi.

Eyni zamanda, xatırlamaq yerinə düşər ki, Ulu Öndər o dövrdə bütün rəsmi nitqlərini Azərbaycan dilində edir, bunu bütün rəhbər vəzifəlilərə də tövsiyə edirdi.

Başqa bir faktı da xatırladım. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, Azərbaycan dilinin ana dili kimi təsbitlənməsi də Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi...

Bundan başqa, Dahi Öndərimizin ötən əsrin 70-ci illərində nəşr olunmuş 3 cildlik "Müasir Azərbaycan dili" dərsliyinə dövlət mükafatı verməsi də dediklərimizə bariz nümunədir.

"Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir", - deyən Heydər Əliyevin azərbaycançılığa, Azərbaycan dilinə sevgisi bitib-tükənməz idi, kökdən gəlirdi. Ona görə də dilin saflığı, təmizliyi uğrunda daim mübarizə aparırdı.

Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Elmlər Akademiyasının fəaliyyətində də canlanma, yeni istiqamətlər müəyyənləşdi. İlk görüşlərindən birini 21 sentyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Elmlər Akademiyasında keçirməsi də təsadüfi deyildi. Həmin görüşdə Heydər Əliyevin söylədiklərinin, bizcə, heç bir şərhə ehtiyacı yoxdur:

"Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir".

Həmin vaxt deyilmiş bu sözlər elm və təhsilin perspektivini cızdı və Heydər Əliyev doğrudan da vədlərini yerinə yetirib ən çətin şəraitdə yaşayan dövlətdə təhsil islahatlarının başlanğıcını qoydu. O islahatları reallaşdıranlar da elə Heydər Əliyevin 1969-1982-ci illərdə elm və kadr potensialının yüksəldilməsini təmin etmək üçün həyata keçirdiyi tədbirlər nəticəsində yetişmiş yüksək ixtisaslı elm və təhsil nümayəndələri idi.

İkinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin elm və təhsil sahəsində atdığı addımlardan ən əsası 15 may 2001-ci il tarixli fərmanıdır. Həmin fərmanla Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verildi və bununla da akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqləndi.

Yeni istiqamətlərə uyğun olaraq, Heydər Əliyevin hakimiyyəti dövründə bir çox təhsil ocaqlarının adları dəyişdirildi. Milli Münasibətlər İnstitutunun adı dəyişdirilərək Beynəlxalq Münasibətlər, Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutunun adı isə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlandırıldı.

Demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymuş müstəqil Azərbaycan dövləti üçün insan hüquqları və azadlıqları problemlərinə dair elmi tədqiqat işlərinin aparılması mühüm məsələlərdən biri idi. Bu məqsədlə Heydər Əliyevin sərəncamı ilə 1999-cu ilin sentyabrında AMEA İctimai Elmlər Bölməsi nəzdində İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradıldı.

Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır.
Siyasi mübarizədə müdriklik və qətiyyət, həyatda praqmatizm, dövlət idarəçiliyində ustalıq - Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən bu amillər Vətənə və xalqa xidmət naminə real siyasətlə məşğul olan hər bir kəs üçün tarixi örnəkdir. Çünki Heydər Əliyev şəxsiyyətinin varlığı özlüyündə bir tarixi hadisə idi. Bu böyük insanın ideyaları bundan sonra da daim yaşayacaq və gələcək nəsillərə örnək olaraq qalacaq".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1052   Tarix: 12 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

22 sentyabr
.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

22 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr