"Əsrlər keçəcək, Ulu Öndər Heydər Əliyev minnətdarlıq hissi ilə xatırlanacaq"
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalıb və unudulmayıblar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. Bu gün, yəni 12 dekabr Ulu Öndərimizin anım günüdür.
Bununla bağlı Sonxeber.az-a deputat Nəsib Məhəməliyev danışıb.
O vurğulayıb ki, məhz Heydər Əliyevin qətiyyəti sayəsində 1993-cü ildə separatçılığın, vətəndaş müharibəsinin qarşısı alındı, ölkə parçalanmaqdan xilas oldu:
""TARİX HƏR ŞEYİ ÖZ YERİNƏ QOYUR"
Bu kəlamlar, hər il, dekabr ayının 12-də anım gününü qeyd etdiyimiz, xalqımızın ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əlirza oğlu Əliyevə məxsusdur.
İstər SSRİ-nin tərkibində 20-ci əsrin ikinci yarısını, istərsə də müstəqillik tariximizi dərindən təhlil etdikdə, əldə olunan tarixi qələbələrin fonunda bir daha Ulu Öndərin nə qədər haqlı olduğunun şahidi olursan. Tarix hər şeyi öz yerinə qoydu.
Heydər Əliyevin adı, şəxsiyyəti bir fenomen olaraq, nəinki Azərbaycanın, eyni zamanda dünya tarixində həkk olundu.
"İnanın ki, biz mütləq Şuşaya, Laçına, Kəlbəcərə, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Ağdama qayıdacağıq. Biz bunlarsız yaşaya bilmərik"
Azad olunmuş Şuşanın Cıdır düzündə, ilk dəfə keçirilən "Xarı bülbül" festivalının yekununda Heydər Əliyevin səsləndirdiyi bu fikirlər, milyonlarla insanı cuşa gətirməklə müəllifin uzaqgörənliyini, Vətənə hədsiz bağlılığını göstərirdi.
Hər kəsə bəllidir ki, Heydər Əliyev SSRİ rəhbərliyindəki vəzifələrindən istefa verməsəydi, Qarabağ işğal olunmaz, 20 yanvar, Xocalı və digər çoxsaylı faciələrlə üzləşməzdik. Əsrin neft kontraktları imzalandı. Cəmiyyətin bütün sahələrində islahatlar aparıldı. İqtisadi inkişafın, güclü ordunun əsası qoyuldu. Nəticə göz qabağındadır. Torpaqlar azad olundu. Azərbaycan güclü dövlətə, beynəlxalq müstəvidə söz sahibinə çevrildi.
Ümummilli liderin zəngin irsi, həyat və dövlətçilik fəlsəfəsi gənc nəsillər tərəfindən öyrənilir. Onun başladığı siyasət, başa çatdıra bilmədiyi işlər oğlu, Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur.
İllər ötsə də, milyonlarla insan tərəfindən onun xatirəsi anılır, əziz tutulur. Bununla da Azərbaycan xalqı öz xilaskarına vəfa borcunu qaytarır.
Vətən müharibəsindən sonra, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının həyatı kökündən dəyişdi. Natamamlıq kompleksi üzərimizdən götürüldü. Xalqın qüruru bərpa olundu.
Əsrlər keçəcək, Ulu Öndər Heydər Əliyev minnətdarlıq hissi ilə xatırlanacaq, ruhuna dualar oxunacaq.
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"