Həyatını kitaba çevirən şəhid

Həyatını kitaba çevirən şəhidİyirmi illik ömrə sığdırdığı qəhrəmanlıq və igidliyi ilə yaddaşlara həkk olan şəhid Böyükağa Yusifli Vətənə bəslədiyi sevgini hətta xatirə dəftərinə də qeyd etmişdi. O, şəhid olduqdan sonra tapılan həmin xatirə dəftəri isə Böyükağadan bəhs edən "Yarım qalmış hekəyalərim" adlı kitaba çevrildi.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yusifli Böyükağa Elbrus oğlu 2000-ci ildə Beyləqanın Kəbirli kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilən Böyükağa həmyaşıdlarına örnək olub. Əslən Ağdamdan olan Böyükağanı düşündürən isə işğal altında qalan torpaqlarımız idi. Həqiqi hərbi xidməti Murovdağ istiqamətində keçən Böyükağa xidmətini bitirdikdən sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi Vətənin keşiyində dayanıb.

Anası Ülviyyə Yusifova deyir ki, Böyükağa şəhid olduqdan sonra onun xatirə dəftərini tapıb və oğlunun Vətəni necə sevdiyinin bir daha şahidi olub. 2020-ci il sentyabrın 18-də anası ilə söhbət edən Böyükağa bu görüşü də öz dəftərinə qeyd edib. Səhəri gün isə kənddə yerləşən Şəhidlər xiyabanına üz tutub. Sanki şəhid olacağını hiss etmişdi...

Şəhid oğlu haqqında qürurla danışan Elbrus Yusifov isə bildirir ki, hərbin sirlərinə yiyələnən Böyükağa döyüş maşınının tuşlayıcısı olub. Böyükağa düşmən təxribatının qarşısının alınması məqsədi ilə başlanan əks-hücumda ön sıralarda yer alıb. Tuşlayıcısı olduğu piyada döyüş maşınından açdığı atəşlə düşmənin xeyli canlı qüvvəsini, mövqelərini və texnikasını məhv edib. 27 il ərzində düşmən tərəfindən qurulan sədlərin yarılmasında şücaəti ilə seçilib. Döyüşlərin üçüncü günündə onların döyüş maşını vurulsa da, geri çəkilməyiblər. Düşməndən qənimət kimi götürdükləri döyüş maşını ilə yenidən hücuma keçiblər. Oktyabrın 3-də düşmən mərmisi Böyükağanın da içərisində olduğu maşına dəyib və Böyükağa şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Böyükağa Yusifli döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda, "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Həyatını kitaba çevirən şəhidHəyatını kitaba çevirən şəhidHəyatını kitaba çevirən şəhid


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1653   Tarix: 05 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr