QİÇS-ə qarşı peyvəndin sınaqları başladı
ABŞ-ın "Moderna" biotexnologiya şirkəti və Beynəlxalq QİÇS Peyvəndi Təşkilatı QİÇS-ə qarşı mRNA texnologiyası ilə hazırlanmış peyvəndin insanlarda sınaqlarına başlayıblar.
Sonxeber.az xarici mətbuata istinadən bildirir ki, 1-ci faza tədqiqatı ABŞ-da HİV testi mənfi olan 56 sağlam yetkin üzərində aparılacaq.
Onilliklər ərzində aparılan araşdırmalara baxmayaraq, alimlər hər il minlərlə insanın ölümünə səbəb olan QİÇS-ə qarşı peyvənd hazırlaya bilməyiblər. Bununla belə, rekord müddətdə hazırlanmış "Covid-19" peyvəndində istifadə edilən mRNA texnologiyası ümidləri artırıb.
"Moderna" şirkəti tərəfindən sınaqdan keçirilmiş peyvəndin məqsədi QİÇS-ə səbəb olan HİV virusu variantlarına qarşı spesifik anticisim (bnAb) istehsal etməkdir. Peyvəndin məqsədi immunitet sistemimizin bir hissəsi olan B hüceyrələrinə bu anticismləri istehsal etməyi öyrətməkdir.
Klinik tədqiqatlara rəhbərlik edən Devid Daymer immunitet sisteminə bu şəkildə "kömək etmək" üçün digər immunogenlərin lazım olacağını bildirir.
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1410 Tarix: 29 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrİdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12 oktyabrAlimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19 oktyabrÜrək və beyin üçün ən faydalı çərəz
Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma
2 noyabrYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17 oktyabrQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28 oktyabrToyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
2 noyabr