Niyə COVID-19 testinin cavabları gec çıxır? - AÇIQLAMA - VİDEO
Təcili tibbi yardım gecikir, test nümunələrinin cavabları ləngiyir...
Ölkədə COVID-19-a gündəlik yoluxma sayı artdıqca, yeni problemlər də ortaya çıxır. Belə ki, virusun əlamətlərini hiss edən insanlar dərhal analiz götürülməsi üçün müraciət etsələr də, bəzən təcili tibbi yardımı xeyli gözləməli olurlar. Ancaq gözləmək təkcə bununla bitmir. Götürülən testin nəticəsi də vətəndaşa bir neçə gün sonra gəlib çatır. Bəzi hallarda cavabı pozitiv çıxan şəxsə mesaj 1 həftə sonra göndərilir. Bu müddət ərzində isə vətəndaşlar evdən çıxma icazələrinin olub-olmadığından məlumatsız qalırlar.
Sonxeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, TƏBİB-in nümayəndəsi Elnarə Baxış deyir ki, əgər testin cavabı ilə bağlı sms gecikirsə, həmin şəxslər telefonlarına "e-təbib" mobil tətbiqini yükləməli, daha sonra şəxsi kabinet menyusunda müvafiq məlumatları daxil etməklə testin nəticəsini yoxlamalıdırlar.
TƏBİB nümayəndəsi bildirir ki, omikron ştammının aşkar olunmasından sonra dövlət tibb müəssisələrinə müraciətlərin sayı çoxalıb, labaratoriyaların iş yükü artıb. Məhz buna görə də analizlərin cavablarının göndərilməsində gecikmələr yaranır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə xəbər ertəsinə bildirildi ki, özlərində narahatlıq hiss edən və analizlərin cavabını gözləyən vətəndaşlarevdən çıxmamalı, mümkün dərəcədə izoliyasiya olunmalıdırlar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı