Bakıda 15 yaşlı qızın öldüyü xəstəxanadan REPORTAJ
"Uşaq dünyaya gətirən 15 yaşlı qızın xəstəxanaya gətirilən zaman vəziyyəti ağır idi".
Bunu "Report"a açıqlamasında 3 saylı Şəhər Klinik Xəstəxanasının həkim-ginekoloqu Pərvanə Orucova deyib.
O bildirib ki, xəstənin həyati vacib göstəricilərinin sıfır olduğu müəyyən edildikdə qız xəstəxananın reanimasiya şöbəsinə göndərilib:
"Aparılan reanimasyon tədbirlərə baxmayaraq, xəstə qısa zaman kəsiyində dünyasını dəyişdi. Anasının və ərinin dediyinə görə, qızın bir gün öncə hamiləliyi pozulub, döl tələf olub. Hamiləliyin kim tərəfindən və hansı formada pozulması ilə bağlı heç bir məlumat yoxdur. Ərinin söylədiyinə görə, bu, 1 saat əvvəl, anasının dediyinə görə isə bir gün öncə olub".
Qeyd edək ki, fevralın 4-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki döl ölüb. O, 10 ay əvvəl 1993-cü il təvəllüdlü şəxslə ailə həyatı qurub.
Hazırda faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1727 Tarix: 08 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabr