Metroda sərnişinlərin çantaları niyə yoxlanılır? - Açıqlama
Bakı Metropoliteninin stansiyalarının girişində metro polisi tərəfindən sərnişinlərin çantalarının yoxlanılması üçün X-RAY cihazından istifadə olunur. Bu addım hansı zərurətdən irəli gəlir?
Sonxeber.az-ın məlumatına görə, bu məsələlərlə bağlı DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"nun sorğusuna cavab verib.
E.Hacıyev bildirib ki, Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra qabaqcıl üsul və texnologiyalar geniş tətbiq edilir:
"Metropolitenə keçirilməsi qadağan olunan əşyalar bu rəqəmsal sistemin imkanları ilə aşkarlanır. Ötən il 8 ədəd avtomat patronu, 48 ədəd kəsici-deşici alət aşkarlanıb. Bu əşyaları metropolitenə keçirmək istəyən 9 azyaşlı olmaqla, ümumilikdə 68 nəfər şəxs polis tərəfindən müəyyən olunub. Onların hər biri barəsində araşdırmalar aparılmaqla qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin edilib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2898 Tarix: 08 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabr