Bakıda tramvay nəqliyyatı bərpa oluna bilər? - VİDEO

Bakıda tramvay nəqliyyatı bərpa oluna bilər? - VİDEOBu gün Bakıda ilk tramvay xəttinin istifadəyə verilməsindən 98 il keçir. Paytaxtın sosial-iqtisadi həyatında olduqca mühüm yer tutmuş və şəhər sakinlərinin böyük marağına səbəb olmuş ilk tramvaylar "Azneft" meydanı ilə Bakı dəmir yolu vağzalı arasında arasında hərəkət edib.

Tədricən isə tramvayların əhatə dairəsi genişlənib və onları əksər mərkəzi küçələrdə görmək mümkün olub. 2000-ci illərin əvvəllərində isə Bakı tramvayı tarixə çevrilib.

Bununla belə, təxminən iki il bundan əvvəl Azərbaycanda vəzifəli şəxslərin, o cümlədən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Cavid Qurbanovun dilindən Bakı və Sumqayıtda mövcud olmuş tramvay xətlərinin bərpa edilməsinin zəruriliyi barədə bəyanatlar səsləndi. Bundan əvvəl isə 2013-cü ildə Gəncədə 1976-cı ilə qədər fəaliyyət göstərmiş tramvay nəqliyyatının yenidən təşkil edilməsi əməlli-başlı gündəmə gəlmişdi. Bu məqsədlə hətta Fransa şirkətlərindən biri ilə razılıq əldə olunmuş, yeni tramvay xətlərinin çəkilməsinə dair layihə hazırlanmış, tramvayın keçə biləcəyi küçələr belə müəyyən olunmuşdu. Amma deyilənlər söz olaraq qaldı və bu günə qədər Azərbaycanın heç bir iri şəhərində tramvaylarla bağlı konkret addım atılmayıb. Halbuki, əksər inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada şəhərləri tramvay olmadan təsəvvür etmək mümkün deyil və bu növ nəqliyyata "şəhərin yaraşığı" kimi baxırlar.

Azərbaycanda tramvay xətlərinin bərpa edilməsi nə dərəcədə realdır və lazımdır?

"Report" bu suallara cavab tapmağa çalışıb.

"Bakıya tramvay lazımdır"

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev hesab edir ki, əksər şəhərlərdə olduğu kimi, ən azı Bakıda da tramvaylara ehtiyac var. Bu, həm ekologiyanın korlanmaması, həm də tıxac probleminin həlli üçün vacibdir: "Tramvay elektrik enerjisi ilə işləyir və avtomobildən fərqli olaraq havaya zəhərli qaz buraxmır. 20 il bundan əvvəl tramvay xətlərini ləğv edib, yollarda avtomobillərin hərəkəti üçün əlavə zolaqlar saldılar. Amma zolaqların çox olması tıxacın qarşısını almaq demək deyil. Dərindən düşünülmüş, intellektual layihə ortaya qoyulmalıdır ki, tıxac yaranmasın. Dünya təcrübəsində, lap elə Türkiyədə tramvay yollarının kənarlarının hasarlandığını görə bilərik. Son nəticədə onlar tıxaca düşmür. Yəni, tramvay xətlərinin sökülməsindən və yollarda zolaqların sayının artırılmasındansa, tramvay xətlərinin kənarlarını hasarlayaraq onların hərəkətini normal təşkil etmək daha yaxşı olardı. Bakıda ictimai nəqliyyat - sərnişin avtobusları üçün bəzi yerlərdə xüsusi zolaqlar ayrılıb. Amma bəzən tıxac zamanı avtomobillər bu zolaqları bağlayır və avtobuslar gecikir".

"Tramvay şəbəkəsi yaratmaq çətindir"

Bununla belə, onun sözlərinə görə, Bakıda əvvəlki kimi tramvay şəbəkəsi yaratmaq çətindir və hətta qeyri-mümkündür: "Lazımi infrastruktur tamamilə ləğv edilib. Yollarda elə bir boş zolağımız yoxdur ki, oranı tramvay üçün ayıraq. Müəyyən yerlərdə qısa məsafələrdə tramvay xətləri çəkilə bilər. Amma tam olaraq Bakıda, məsələn, Yasamaldan Günəşliyə və yaxud da digər istiqamətlərə tramvayların hərəkəti artıq mümkün olmayacaq. Bakının 8 Noyabr prospektində kənarda bir hissədə tramvay üçün bir gediş və bir gəliş zolağı yaratmaq və bunu Zığa qədər uzatmaq olar. Amma digər yerlərə tramvay xətti çəkmək çətin olar. Çünki digər yollar dardır. Bəzi küçələrdə avtomobil yolunu bağlayıb tramvay xəttini oradan ötürmək olar. Amma bu zaman da müxtəlif nəqliyyat vasitələrinin yolları kəsişəcək. Tramvay şəbəkəsini bəlkə də hissə-hissə bərpa etmək mümkün ola bilər. Amma o da bütöv olmadıqda, şəbəkə qurmadıqda effektivliyi az olacaq. Şəbəkə halında bunu etmək isə qeyri-mümkün görünür. Bunu yarada biləcəyimizi zənn etmirəm. Çünki Bakıda artıq müxtəlif binalar tikilib və infrastruktur dəyişdirilib".

"Turistlər üçün tramvay ola bilər"

Ekspertin daha bir təklifi isə Türkiyənin İstanbul şəhərində olduğu kimi, Bakının da mərkəzində turistlər üçün simvolik tramvay xəttinin yaradılmasıdır. Xatırladaq ki, İstanbulun məşhur İstiqlal küçəsi ilə hərəkət edən qədimi tramvayın yolu Taksim meydanından başlayır və onunla adətən turistlər hərəkət edir. Y. Mustafayev hesab edir ki, bunu Bakının mərkəzi küçələrindən birində də etmək olar.

"Sahibkarları maraqlandırmaq lazımdır"

Bəs tramvay nəqliyyatına investisiya qoyuluşu özünü doğruldarmı? Bu işə özəl sektoru cəlb etmək mümkündürmü? Nəqliyyat məsələləri üzrə digər ekspert Elməddin Muradlı hesab edir ki, sahibkarların avtobus nəqliyyatı kimi tramvay nəqliyyatına da marq göstərməsi mümkündür. Sadəcə onları maraqlandırmaq, bu işə təşviq etmək lazımdır: "Daşıyıcı şirkətlər arasında müəyyən təbliğat işləri aparılsa, stimullaşdırıcı addımlar atılsa, vergi güzəştləri və s. tətbiq edilsə, onlar tramvay xətlərinin çəkilməsinə maraq göstərəcəklər. Bu işdə dövlət özü də maraqlı olmalıdır. Tramvay xətlərinin çəkilməsi üçün dövlətin imkanları daha genişdir. Bakı metrosuna dotasiya ayrıldığı kimi, tramvayla sərnişin daşıyan şirkətlərə də maddi dəstək vermək olar".

"Tramvayın xərci avtobusun xərcindən azdır"

Digər bir məsələ isə tramvayla gediş haqqının nə qədər olacağıdır. E.Muradlı deyir ki, bu məsələdə həm daşıyıcı şirkətləri, həm də sərnişinləri qane edəcək optimal bir qiymət tapmaq mümkündür, çünki tramvayın xərci avtobusun xərcindən azdır: "Bu gün Bakıda avtobusla sərnişindaşıma xidməti göstərən şirkətlər narazılıq edirlər ki, gediş haqqı azdır, 300-400 min manata avtobus alıb 30 qəpiyə sərnişin daşıyırıq. Çünki bir sərnişinin daşınması 82 qəpiyə başa gəlir. Amma tramvayda daşınma xərcləri bir qədər azdır. Məsələn, onun gediş haqqını 50 qəpik etmək olar ki, həm sərnişinlər üçün çox baha olmasın, həm də daşıyıcılar üçün çox ucuz olmasın. Amma yenə də hamı deyəcək ki, bahadır. Bu barədə təhlilər aparılmaldır. Birdən-birə qəraq qəbul etmək çətindir".

Məsələ ilə bağlı ADY-dən bu barədə konkret söz deyə bilmədikləri bildirilib, Report-un əməkdaşlarını Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yönəldiblər. Komitədən isə dedilər ki, Bakı şəhərinin Baş Planı təsdiq edilməyənə qədər bu barədə danışmaq qeyri-mümkündür.

Video 8 fevral 1924-cü il tarixində Bakıda ilk tramvayın istifadəyə verilməsi münasibəti ilə lentə alınıb:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1399   Tarix: 09 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?

Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında

22 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

22 sentyabr
.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr
.

Vahid məktəbli forması: geyim qaydasından daha çox bərabərlik, intizam və məktəb mədəniyyəti məsələsi

Məktəbli forması məsələsi ilk baxışdan sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsi ilə bağlı qayda kimi görünə bilər. Lakin bu məsələ daha geniş sosial və pedaqoji məna daşıyır. Vahid məktəbli geyimi məktəb mühitində bərabərlik, nizam-intizam, kollektivə aidlik, təhlükəsizlik, rahatlıq və təhsi

22 sentyabr