Hakim "iclası vaxtında başlayın" deyən vəkili cərimə etdi – İDDİA

Hakim "iclası vaxtında başlayın" deyən vəkili cərimə etdi – İDDİAVəkillər Kollegiyasının üzvü, vəkil Qanqa İbrahimov əsassız cərimələndiyini iddia edir.

E-huquq.az xəbər verir ki, vəkil bu barədə sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, hakimə "iclası vaxtında başlayın" dediyi üçün hakim onu 500 manat məbləğində cərimə edib.

"Hakim" iclası vaxtında başlayın" deyən vəkili niyə 500 manat cərimə etdi?!" başlıqlı yazını olduğu kimi təqdim edirik:

"Hakimin məhkəmə iclasını təyin etdiyi vaxtda başlamaması prosessual pozuntu olmaqla yanaşı, vaxtın boşuna israfına gətirib çıxarır. Bu isə öz növbəsində proses iştirakçılarının, xüsusən vəkillərin gündəlik iş qrafikinin pozulmasına, həmin günə nəzərdə tutulmuş işlərin bəzilərini ümumiyyətlə çatdırmamalarına, yaxud çatdıra bilmələri üçün daha gec saatlara kimi işləmələrinə səbəb olur. Vəkillər əksər hallarda bu cür gecikmələr barəsində öz-özlərinə, yaxud öz aralarında nə qədər deyinsələr də, gördükləri tədbir bu cür deyinməkdən o yana keçmir.

Bəlkə buna görədir ki, bəzi hakimlər bu cür gecikmələri tam normal fəaliyyət hesab edərək, sanki ancaq onların işi işdir, başqalarınki avaralanmaq, vaxt öldürməkdir kimi başa düşüb, hələ bir borclu çıxardan səs tonu ilə hirslənirlər ki, "gözlə, baxacam da!".

Mən adətən yumşaq tərzdə hakimdən iclası təyin olunmuş vaxtda başlamasını xahiş edirəm. Məsələn, məhkəmə iclasını adətən gec başlayan hakim növbəti iclasın vaxtını təyin edəndə ondan xahiş edirəm ki, iclası, başlaya biləcəyi vaxta təyin etsin. Bununla da, ona xatırladıram ki, iclası vaxtında başlamır.

İclasını təyin etdiyi vaxtda başlamayan hakimlərdən biri də Abşeron rayon məhkəməsinin hakimi Elman Məmmədovdur. Bu məsələ barəsində və onun haqqında yazmağımın səbəbi var. İclaslarını vaxtında başlamaması onun üçün o qədər normal haldır və buna o qədər öyrəşib ki, bu gün ondan iclasını təyin olunmuş vaxtda başlamasını tələb etdiyim üçün, qəzəbini heç cürə cilovlaya bilməyərək məni ilk vəsatətimdəcə 500 manat cərimə etdi! Təsəvvür edirsiniz? Hakimdən vəzifəsini yerinə yetirməsini istəyirəm, onun katibi vasitəsilə mənə "zalda gözləsin, yarım saata zala düşəcəm" ismarıcına gözləyə bilməyəcəyim cavabını verirəm, hakim isə iki dəqiqə keçməmiş zala gələrək mənə qəzəblənir ki, sən niyə deyirsən ki, iclası vaxtında başlayın?! Bu cür düşüncə sahibi olan hakimdən hansı hakimliyi gözləmək olar?

Elman Məmmədov onun rahatlığını pozmağıma o qədər qəzəblənmişdi ki, bunu gizlədə bilmirdi. Məhkəmə iclasında həmin iş üzrə verdiyim ilk vəsatətimdə məni 500 manat cərimə etdiyini elan etdi! Düşünməyin ki, hakim bununla sakitləşə bildi. Xeyr. Dərhal vəkilə - mənə əmr etdi ki, telefonu söndür. Ardınca da katibə dedi ki, protokola yaz ki, vəkil məhkəmə iclasında qaydanı pozduğuna görə xəbərdarlıq olunur. Hakimə deyirəm ki, telefonum səssiz rejimdədir, iclasın normal gedişinə heç bir maneçilik yaratmır, həm də siz iclas başlayanda telefonun sönülü olması barədə bir qayda müəyyən etməmişdiniz, müəyyən olunmamış qaydanı necə poza bilərəm?! Hakim deyir ki, qaydanı indi müəyyən edirəm, sizi də xəbərdar edirəm! Bax belə.

Axı mən kiməm ki, hakimin səhərki rahatlığına imkan vermirəm, nə zaman istəyər, o zaman da zala gələr, iclasını başlayar, o vaxta kimi səbrlə onu gözləməli, zala təşrif buyuranda da mehribanlıqla üzünə baxıb salamlaşmalıyam.
Hakim Elman Məmmədovun qəzəbinin onu idarə etməsinə imkan verməsi həm də ona görədir ki, məhkəmə iclasının audio qeydiyyatı aparılmalı olduğu halda, aparılmır. O da rahat-rahat vəkilə də qəzəblənir, onu əsassız cərimə də edir, telefonunu da söndürür. Ən pis halda deyəcək ki, elə olmayıb, belə olub. Nə ilə sübut olunacaq ki, vəkil haqlıdır?!

Onu da deyim ki, Elman Məmmədov bu günün sonuna doğru elektron məhkəmə sistemində yerləşdirdiyi qərardadında artıq zalda mənimlə əlaqədar baş verənləri təhrif etmişdi. Bu da hələ başa çatmayan (çatdırılmayan) məhkəmə islahatının acı nəticəsi!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2112   Tarix: 14 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr