Azərbaycanda tanınmış aktrisa dünyasını dəyişib - FOTO
Füzuli Dövlət Dram Teatrının qocaman aktrisası Məryəm Məmmədova vəfat edib.
BAKU.WS xəbər verir ki, aktrisa uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Məmmədova Məryəm Eyvaz qızı 1949-cu il iyulun 01-də Füzuli rayonunda anadan olub. İşlədiyi müddətdə Anar "Təhminə və Zaur"da Təhminə, C.Cabbarlı "Almaz"da Xanımnaz, Ə.Haqverdiyev "Dağılan tifaq"da Nazlı, M.Qacar "Qabanın səfəri"ndə Toyuq, A.Məmmədov "Həmyerlilər"də Xanım, C.Məmmədov "Sevməyə vətən yaxşı"da Nurcahan nənə, A.Səfərli "Qarabağım qan ağlar"da Sona və s. digər obrazları yaradıb.
Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. 2019-cu ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Füzuli Dövlət Dram Teatrının kollektivi mərhumun ölümündən kədərləndiyini bildirib və ailəsinə səbr diləyib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3027 Tarix: 15 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabr