Sürücülərə müjdə: Bu cərimələri ləğv etdirə bilərsiniz - VİDEO
İndi əsas müzakirə mövzularından biri Bakı Nəqliyyat Agentliyininin yazdığı cərimələrin aqibətidir. Cəriməsi olan sürücülər hansı halda onu ödəməyə bilər? Qanuni qüvvəyə minən cərimələr ödənməlidirmi?
Sfera.az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, agentliyin Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi cərimələrlə bağlı heç nəyi dəyişmir və onlar ödənməlidir.
Onun sözlərinə görə, fərmanda paytaxtda dayanma-durma qaydalarının pozulmasına görə yazılan cərimələrlə bağlı heç bir müddəa yoxdur. Buna görə də, sürücülər qanuni qüvvəyə minmiş cərimələri ödəməlidirlər.
Ərşad Hüseynov agentlik tərəfindən xüsusilə nəzarət kameraları vasitəsilə sürücülərə yazılan cərimələrin aqibətindən də danışıb. O, bu cərimələrin qanunsuz olduğunu deyib.
Gələcəkdə agentliyin konkret fəaliyyətinin nələrdən ibarət olacağı isə yeni nizamnaməsi, strukturu və səlahiyyətləri müəyyən edildikdən sonra bəlli olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1668 Tarix: 15 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabr