FHN-dən əhaliyə MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, baş verən yanğınların təhlili onu göstərir ki, yanğınlar əksər hallarda insanların sadə təhlükəsizlik qaydalarına etinasız yanaşması və ya diqqətsizlik göstərməsi səbəbindən baş verir. Belə ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan təhlillərin nəticəsində müəyyən olunub ki, bəzən insanların elektrik enerjisi ilə çalışan və ilk baxışdan təhlükəsiz hesab olunan avadanlıqları, o cümlədən mobil telefonları, məişət cihazlarını, müxtəlif uşaq oyuncaqlarını enerji yığması üçün elektrik şəbəkəsinə qoşaraq nəzarət etməməsi, şəbəkəyə qoşulu vəziyyətdə fasiləsiz olaraq uzunmüddətli saxlaması sonda yanğınlara, acı nəticələrə gətirib çıxarır.
Qeyd olunanları nəzərə alaraq, bir daha əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən elektrik enerjisi ilə çalışan avadanlıqları istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş qaydalara uyğun istismar etməyə, heç bir halda şəbəkəyə qoşaraq nəzarətsiz saxlamamağa çağırırıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"