Ramiz Mehdiyevin hazırda vəzifədə olan qohumlarının SİYAHISI – Kimlər hansı vəzifədədir?
Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) vəzifəsindən istefa verdikdən sonra belə bu yöndəki müzakirələr səngiməyib. Xatırladaq ki, sabiq AMEA prezidenti qurumun Rəyasət Heyətinin iclasında istefasının son günlər Akademiya və şəxsən onun özü haqda yayılan məlumatların heç bir təsiri olmadığını, postunu yaşı ilə əlaqədar tərk etdiyini bildirib.
Maraq doğuran məqam isə həm də odur ki, yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk edən Ramiz Mehdiyev hələ də digər müxtəlif vəzifələr tutur.
Sfera.az xatırladır ki, Mehdiyev hələ də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. Belə ki, Azərbaycan Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi"nə "Azərbaycan Respublikasının daxili işlər naziri;" sözlərindən sonra "Ramiz Ənvər oğlu Mehdiyev;" sözləri əlavə edilib. Onun digər postlarından biri isə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası ilə bağlıdır. O, sözügedən qurumun rəhbəri vəzifəsini icra edir.
Eyni zamanda Ramiz Mehdiyevə bağlı olan xeyli sayda məmurlar da iş başındadır. Bundan başqa, onun vəzifə sahibi olan qohumlarının da sayı az deyil.
Kimdir onlar?
Bu siyahıda ilk ağla gələn şəxs sabiq AMEA rəhbərinin oğlu Teymur Mehdiyevdir. Belə ki, o, 5 may 2014-cü il tarixindən Fövqəladə Hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi daşıyır.
İndi isə cənab Mehdiyevin digər vəzifəli qohumları ilə tanış olaq:
Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir. Uzun müddətdir Dövlət Gömrük Komitəsində çalışıb. O, 2017-ci ildə bu sahədə fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. O, Ramiz Mehdiyevin qardaşı oğludur.
Mehdiyev Nəriman Hüseynqulu oğlu – Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi və R.Mehdiyevin qardaşı oğludur.
Mehdiyev Mərdan Hüseynqulu oğlu – Bakı Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət Bölüyünün komandiri.
Mehdiyev Elvin Xanlar oğlu – Gömrük Komitəsində daxili xidmət polkovnik-leytenantı, rəis.
Mehdiyev Zahid Arif oğlu – Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri.
Həmçinin son məlumatlara görə, Ramiz Mehdiyev AMEA-da olduğu müddətdə kürəkəninin qardaşına da vəzifə vermişdi. O, ötən ilkürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi AMEA-nın İşlər idarəsinə müvəqqəti olaraq müdir təyin etmişdi.
İ.Əliyevin xalası oğlu Seymur Qurban oğlu Mərdəliyevisə, prezidentin 26 dekabr 2019-cu il Sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini təyin edilib.
Eyni zamanda Ramiz Mehdiyevin hüquq-mühafizə orqanlarına yerləşdirdiyi və sayı bilinməyən qohumları da az olmadığı haqqında məlumatlar var.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bakıda maraqlı toy karvanı - Video
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular
Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi