Rusiya və Ukrayna savaşı baş verərsə... - Hərbi güc nisbəti necədir?

Rusiya və Ukrayna savaşı baş verərsə... - Hərbi güc nisbəti necədir?Rusiya və Ukrayna arasında gərginlik artıq müharibənin bir addımlığına qədər gəlib.

ABŞ hər gün Rusiyanın Ukraynaya müharibə elan edəcəyini desə də, Kreml rəsmi olaraq bunu təkzib edib. Buna baxmayaraq, Rusiya Ukrayna ilə sərhəddə xeyli sayda əsgər və hərbi sursat yığmağa davam edir. Bu məqamda iki ölkənin hərbi qüvvələri də maraq doğurur.

Bu müharibə baş verərsə, müharibəni hansı ölkə qazana bilər?

Qaynarinfo xəbər verir ki, bu iki ölkənin hərbi gücü arasındakı statistik göstərici kəskin fərqlənir.

2 və 25-ci yerlər

Dünya ölkələrinin hərbi güc reytinqini araşdıran "Global Firepower" 2021-ci ilə aid reytinq göstəricisisinə görə, Rusiya ordusu dünyanın ikinci ən böyük ordusu hesab olunursa, Ukrayna ordusu 25-ci sırada qərarlaşır.

Rusiyanın xeyrinə 759 min nəfər

Ümumilikdə 141 milyon əhalisi olan Rusiyanın ümumi hərbi personalı 3 milyon 569 min, aktiv əsgərlərinin sayı isə 1 milyon 14 min nəfərdir. Təxminən 44 milyon əhalisi olan Ukraynanın ümumi hərbi personalı 1 milyon 245 min, fəal əsgərlərinin sayı isə 255 min nəfərdir. İki ölkə arasında aktiv kadrların sayındakı fərq Rusiyanın xeyrinə 759 min nəfərdir. Rusiyanın ehtiyat kadrları iki milyon, Ukraynanın ehtiyat kadrları 900 min nəfərdir. Hərbiləşdirilmiş güc baxımından Rusiya 555 min, Ukrayna isə 90 min səviyyəsindədir.

Təbii ki, belə olan vəziyyətdə Rusiya və Ukrayna arasındakı müdafiə xərcləri də kəskin fərlənir.

Rusiyanın müdafiə xərcləri 42 milyard 149 milyon, Ukraynanın müdafiə büdcəsi isə 9 milyard 600 milyon dollardır.

İki ölkənin valyuta ehtiyatları

Bu iki ölkənin ekonomik vəziyyətinə gəldikdə isə Ukraynanın xarici borcu Rusiyadan daha azdır.

Ukraynanın xarici borcu 130 milyard dollar olduğu halda, Rusiyanınki 539 milyard 600 milyon dollardır. Xarici borc baxımından Ukrayna Rusiyadan 409 milyard 600 milyon dollar daha yaxşı vəziyyətdədir. Digər tərəfdən Rusiyanın 432 milyard 700 milyon dollar valyuta ehtiyatı olduğu halda, Ukraynanın valyuta ehtiyatı 18 milyard 810 milyon dollardır.

Ölkələrin hərbi texnikaları

Rusiyanın 789, Ukraynanın isə 42 döyüş təyyarəsi var. Qlobal atəş gücü reytinqində dünyada ikinci yerdə olan Rusiyanın 742, Ukraynanın 25 hücum təyyarəsi var. Bundan əlavə, Rusiyanın 1540, Ukraynanın isə 111 helikopteri var. Hücum helikopterlərinə gəlincə bu rəqəm Rusiyada 538, Ukraynanın isə 34-dür. Tank gücünə görə dünyada lider olan Rusiyanın 13 min, Ukraynanın isə 2430 tankı var. Rusiyanın 27 min, Ukraynanın 11 min 435 zirehli maşını var. Özüyeriyən artilleriyaya görə dünyada birinci yerdə olan Rusiyanın 6 min 540, Ukraynanın isə 785 topu var. Rusiyanın 4465, Ukraynanın isə 2040 yedəkli artilleriyası var.

Ukraynanın təyyarədaşıyan gəmisi yoxdur, Rusiyanın isə təyyarədaşıyan gəmisi var. Rusiyanın 64 sualtı qayığı olduğu halda, Ukrayna ordusunun sualtı qayığı yoxdur. Eynilə, Rusiyanın 15 esminesi olduğu halda, Ukrayna ordusu üçün bu rəqəm sıfra bərabərdir. Ukraynanın bir, Rusiyanın isə 11 freqatı var. Rusiyada 85, Ukraynada isə 0 korvet var. Rusiya 48 mina gəmisinə sahib olduğu halda, Ukraynanın inventarında bu gəmi yoxdur.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1602   Tarix: 15 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-İran müharibəsində yeni gərginlik: Danışıqlar davam edir, hərbi əməliyyat təhlükəsi qalır

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik danışıqlar intensivləşsə də, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin pozulması, İranın nüvə proqramı və Vaşinqtonun hərbi təzyiqləri regionda vəziyyəti daha da mürəkkəbləşdirir. "Reuters"i

30 oktyabr
.

İsraildə seçkilərdən sonra siyasi gərginlik: Netanyahu hökuməti qura biləcəkmi?

İsraildə parlament seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blokun parlamentdə çoxluğu təmin edib-etməyəcəyi koalisiya danışıqlarının nəticəsindən asılı olacaq. The Jerusalem Post-a istinadən xəbər veri

29 oktyabr
.

Şimali Koreya Yapon dənizinə naməlum mərmi atdı

Yonhap xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən bildirib ki, Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb. xəbər verir ki, məlumatda deyilir ki, "Şimali Koreya Şərq dənizinə naməlum mərmi atıb". Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi raket buraxılışın

29 oktyabr
.

Ukrayna vətəndaşı Monako şahzadəsinin qohumunun ölümündə ittiham olunur

Monako hakimiyyəti Şahzadə II Albertin qohumu olan 29 yaşlı Antuan de Massinin ölümü ilə əlaqədar 42 yaşlı Ukrayna vətəndaşına qarşı ittiham irəli sürüb. xəbər verir ki, Fransanın "Le Figaro" qəzetinin məlumatına görə, knyazlıq prokurorluğu kişiyə səhlənkarlıq nəticəsində ölümə səbəb olma

29 oktyabr
.

Rusiya Ukraynaya kütləvi raket və dron hücumu həyata keçirdi - Ölənlər və yaralananlar var

Rusiya ordusu oktyabrın 30-na keçən gecə Ukraynanın bir sıra şəhər və vilayətlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə kütləvi hücumlar həyata keçirib. "The Kyiv Independent" nəşrinin məlumatına görə, son 24 saat ərzində Rusiyanın hücumları nəticəsində Ukraynada azı 27 nəfə

30 oktyabr
.

Şimali Koreya Cənubi Koreya ilə sərhədini niyə möhkəmləndirir?

Şimali Koreya Cənubi Koreya ilə sərhəd boyunca hərbi və mühəndis infrastrukturu gücləndirmək istiqamətində addımlarını davam etdirir. Pxenyanın sərhəd ərazilərində yeni istehkamlar qurması və müdafiə xətlərini möhkəmləndirməsi Koreya yarımadasında təhlükəsizlik vəziyyətinə dair narahatlıqları artırır

30 oktyabr
.

"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"

30 oktyabr
.

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Estoniya Müdafiə Nazirliyi Rusiya ilə sərhəd boyu müdafiə xəttini gücləndirmək məqsədilə 150-yə yaxın müdafiə bunkeri inşa etməyi planlaşdırır. Bizim.Media xəbər verir ki, bu barədə "ERR" teleradioşirkəti Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Heremə istinadən məlumat yayıb

29 oktyabr
.

Lavrov ABŞ-a gedib

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir

30 oktyabr