General Rüstəm Usubovdan sərt AÇIQLAMA: "Getsin işi ilə məşğul olsun!"
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesləri davam edir.
Baş tutan məhkəmə proseslərində Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindirilməsi məsələsi gündəmə gəlib.
Mövlam Şıxəliyev və digərləri onun da məsuliyyət daşıdığına işarə vurub. General ötən proseslərdə "Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm" - deyə, qeyd edib.
Manset.az məhkəmədə adıçəkilən Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovla əlaqə saxlayıb. O açıqlamasında məsələyə qısa münasibət bildirib:
"Mən heç hara çağırılmamışam. Belə adamlarla bağlı heç mənə zəng vurmayın. Kimdir, o? Kim mənim boynuma nəsə yıxmaq istəyirsə, özü bilər. Kim nə danışır, nə deyir, mənə maraqlı deyil. Mən onun adını çəkib cavab verməyəcəm. Getsin işi ilə məşğul olsun!".
Qeyd edək ki, bu gün keçiriləcək növbəti məhkəmə prosesində Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindiriləcəyi bildirilirdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"