Bakıda avtobusda qadının bahalı telefonu oğurlandı - ANBAAN VİDEO
Fevralın 4-də paytaxtın Yasamal rayonu ərazisində sərnişin avtobusunda vətəndaşa qarşı soyğunçuluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, naməlum şəxslər avtobusda olan qadın sərnişinin əlindən dəyəri 2 900 manat olan "iPhone 12" markalı mobil telefonunu soyğunçuluq yolu ilə alıb hadisə yerindən yayınıblar.
Zərərçəkənin şikayəti əsasında Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Cəlil Hacağayev və Ələddin İsrafilov saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Cəlil Hacağayev və Ələddin İsrafilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"