7 günlük karantin hansı andan hesablanır?
Azərbaycanda koronavirusun aşkarlanması üçün götürülən analiz nümunələrinin nəticələri bəzən bir günə bəlli olsa da, 3-4 gün gecikmələr də müşahidə olunur. Test cavabları aydın olana qədər müddət ərzində isə yoluxmuş şəxs ictimai məkanlarda olur və bu səbəbdən yoluxma sayında artım müşahidə edilir.
Bəs karantin müddəti necə təyin olunur və hansı andan etibarən hesablanır?
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların özlərini təcrid müddəti test verilən gündən hesablanır.
"Şəxsin COVID-19-a yoluxduğu gündən test verdiyi dövrədək olan vaxt karantin müddəti hesab edilmir", - deyə qeyd olunub.
İnfeksionist Mərdan Əliyev Trend-in suallarını cavablandırarkən qeyd edib ki, vətəndaşlara test verdikdən sonra cavab çıxan müddətə qədər hər hansı bir məhdudiyyət qoyulmadığı üçün onlar rahat şəkildə ictimai yerlərdə gəzirlər və digər sağlam insanları da yolxudururlar.
"Testin nəticələrinin gec məlum olmasının obyektiv səbəbləri var. Çünki PCR aparatlarının sayı məhduddur və indi yoluxanların, analiz verənlərin də sayı çox olduğu üçün növbələşdirilirək cavab verilir. Belə olan halda da gecikmələr baş verir. 4-5 gün ərzində yubanma olması yoluxma sayını artıra bilir. Lakin bu, obyektiv haldır və qarşısını almaq bir az çətindir. Ancaq vətəndaşların fərdi şəkildə maarifləndirilməsi ilə buna nail olmaq olar. Əgər vətəndaş özünü xəstə hiss edirsə, ictimai yerlərə getməməli, maska taxmalı və gigiyenik qaydalara riayət etməlidir", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"