"Deyiblər ki, gəlin, bu işi həll edək" - Nərminin atasından sərt İTTİHAMLAR
Azərbaycanda böyük rezonans doğuran "Nərmin işi" lə bağlı ciddi müzakirələr davam edir.
İlkin Süleymanov cinayətkar qismində həbs edilsə də, əsl cinayətkarın hələ də azadlıqda olduğuna dair tutarlı arqumentlərə söykənən fikirlər var.
İddialarla bağlı mərhumun atası Şərif Quliyev "Sherg.az"a danışıb. O bildirib ki, yayılan bütün xəbərlər yalandır:
"Bütün iddiaları qarşı tərəf qaldırır. Hamısı onların günahıdır. İlkinin qardaşı Adil Süleymanov qardaşıma yaxınlaşıb deyib ki, gəlin, bu işi bir yerdə həll edək. Bunlar kimdir ki, iş həll etsin? Bu işi dövlət artıq həll edib.
Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Prezident Administrasiyası – bu dörd qurum bu işlə məşğuldur. Onda bu qurumlar yalan danışır?! Yalan danışan, ictimaiyyəti aldadan qarşı tərəfdir. Müxtəlif "YouTube" kanallarında çıxıb yalan danışırlar. Günahkar İlkindir və bu işdə onun bacıları və anasının əli var".
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir