"Bandotdel"dən ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Baş İdarəyə Astara və Lerik rayonları ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə nəzarətə götürülməklə hərtərəfli araşdırılıb və qeyd edilən ərazilərdə palıd və fıstıq ağaclarının kəsildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ağacların Astara rayon sakinləri Sərdar Gənciyev və Sərhad Eynullayevin başçılıq etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən kəsildiyi məlum olub.
Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat nəticəsində adları çəkilən şəxslər və onlara ağacların kəsilməsində yaxından köməklik edən dəstənin digər üzvləri Fərman Fərziyev, Aiəddin Novruzov, Nurlan Cövziyev, qohumu Surxay Cövziyev, Rahid Gənciyev və Nail Zəbiyevin saxlanılması təmin edilib.
Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz faktlarla sübuta yetirilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları kəsərək dəstə üzvü Fərman Fərziyevin həyətində emal edəndən sonra satışını həyata keçiriblər.
Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilib. Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən yaş halda kəsilən ağaclardan bəzilərinin yaşının 100-150 il olduğu məlum olub.
Qeyd olunan faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda qeyd edilən faktların tam, hərtərəfli araşdırılması, eləcə də ağacların kəsilməsində iştirak edən dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1784 Tarix: 16 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycana payız gəldi
Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi
23 sentyabrBakıda bu məktəblər distant təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabr"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabr