"Bakı Metropoliteni"ndə YENİLİK - FOTO
"Bakı Metropoliteni" QSC-nin son illər tətbiq etdiyi yeniliklər nəticəsində stansiyalarda mikroiqlim şəraitinin yaxşılaşdırılmasına nail olunub.
BAKU.WS xəbər verir ki, bunu qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, 2018-ci ildən Bakı metrosunda ventilyatorların iş qrafiki dəyişdirilib, onlar hər fəslin tələbinə uyğun qurulur. Lakin fəsillər daxilində belə ventilyatorların iş qrafikinin monitorinqləri davam etdirilir və mümkün dəyişikliklər diqqətdə saxlanılır.
"Bundan başqa, metroda yeni, güclü ventilyatorlar quraşdırılıb. 2019-cu ildə 7 və 2020-2021-ci illərdə, pandemiyanın çətinliklərinə baxmayaraq, daha 10 ventilyatorun quraşdırılması bu mənada xüsusi təkanverici qüvvə olub. Yeni havalandırma avadanlığı müasir və gələcək dövrün tələblərinə uyğun olaraq, 2-3 dəfə güclüdür. Onların iş prinsipləri ilk növbədə yanğın təhlükəsizliyinin ən optimal tələblərinə cavab verir.
Üçüncü vacib yenilik isə odur ki, metroda Avstriyanın SIROCCO şirkətinin avtomatik idarəetmə sistemləri ilə proqramlaşdırılan 9 dempfer quraşdırılıb. Yeni - Bənövşəyi xətdə havalandırma imkanlarının maksimal tələblər səviyyəsində qurulmasında quraşdırlmış 93 dempferin də xüsusi rolu var.
Ümumən, 2019-cu ilin yay ayları ilə müqayisəli təhlillərə əsasən, 2021-ci ilin analoji dövründə metropolitenin stansiya, tunel və qatarlarında 1-20C, yeniliklərin tətbiq edildiyi sahələrdə isə 3-40C-yə qədər dəyişikliklər hiss olunmaqdadır. Statistik göstəricilərə əsasən, 2021-ci ilin yayında qeydə alınan ən yüksək hərarət "Neftçilər" stansiyasında 280C olubsa, 2019-cu ildə eyni məkanda bu rəqəm 30,50C, 2018-ci ildə 32,20C təşkil edib. "Qara Qarayev" stansiyasında isə 2019-cu ildə ən yüksək hərarət 30,60C, 2018-ci ildə 32,30C qeydə alınıb. Həmin dövrdə iyul ayı üzrə orta statistik hərarət 290C-dən yuxarı qeydə alınmışdısa, yeni ventilyatorlar və dempferlər tətbiq edildikdən sonra orta temperatur göstəricisi 260C təşkil edib", - deyə o, qeyd edib.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir